İran: Hörmüz boğazındakı gərginliyə görə məsuliyyət daşımırıq
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 17 mart, AZƏRTAC
İran Hörmüz boğazında təhlükəsizlik problemlərinin ölkənin hərəkətləri ilə deyil, Yaxın Şərqdə ümumi gərginliklə bağlı olduğunu bəyan edib.
AZƏRTAC xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi NDTV telekanalına müsahibəsində bildirib.
Diplomat qeyd edib ki, “bütün regiona yayılan qeyri-sabitlik, təəssüf ki, Hörmüz boğazına qədər uzanır və bu, İranın günahı deyil”.
O, həmçinin vurğulayıb ki, İrana qarşı hərbi əməliyyatlarda iştirak edən ölkələrin gəmiləri neytral hesab oluna bilməz. “Biz açıq şəkildə bildirmişik ki, beynəlxalq hüquqa əsasən, təcavüzkar ölkələrin gəmiləri Hörmüz boğazından keçə bilməz, çünki onların keçidi artıq dinc xarakter daşımır”, – deyə sözçü qeyd edib.
İ.Bəqayi əlavə edib ki, İrana qarşı hərbi əməliyyatları dəstəkləyən gəmilərin boğazdan keçməsinə icazə verilməyəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:197
Bu xəbər 17 Mart 2026 08:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















