İran Hörmüz boğazından keçid üçün rüsum almağı DAYANDIRDI
Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
Tehran Hörmüz boğazından keçid üçün deyil, yalnız boğazdakı gəmilərə göstərəcəyi xidmətlər üçün ödəniş almaq niyyətindədir.
Redaktor.az xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi deyib.
"İran keçid, tranzit haqqı və ya tranzit üçün gömrük rüsumları almaq niyyətində deyil. Əksinə, məqsədimiz bu sahədə Omanla birgə göstərdiyimiz xidmətlər üçün ödəniş almaqdır. Bu xidmətlərə naviqasiya, axtarış-xilasetmə əməliyyatları, təhlükəsizlik və naviqasiya təhlükəsizliyi xidmətləri, eləcə də ətraf mühitə ziyan dəydikdə çirklənmənin nəticələrinin aradan qaldırılması kimi ətraf mühit xidmətləri daxildir", - deyə o, "Mehr" agentliyinə verdiyi müsahibədə bildirib.
Qəribabadi vurğulayıb ki, bu cür tədbirlər beynəlxalq dəniz hüququna zidd deyil.
İran xarici işlər nazirinin müavini qeyd edib ki, 1982-ci il BMT-nin Dəniz Hüququ Konvensiyasında sahilyanı dövlətlərin müəyyən xidmətlərin göstərilməsi üçün ödəniş ala biləcəyi nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 04 İyun 2026 17:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















