“İran Hörmüz boğazını sadəcə görüntü üçün bağlayır” Tramp
Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazını bağlamaqla bağlı mövqeyinə sərt reaksiya verib.
Tramp "Truth Social" platformasında etdiyi paylaşımda İranın bu addımı real məqsədlə deyil, siyasi görüntü naminə atdığını açıqlayıb.
Tramp yazıb ki, iranlılar boğazı bağlamaq istədiklərini yalnız ona görə deyirlər ki, ABŞ artıq bu su yoluna faktiki nəzarət edib.
“Onlar yalnız boğazı bağlamaq istədiklərini deyirlər, çünki mən onu tamamilə bağlamışam. Ona görə də sadəcə görüntünü qorumaq istəyirlər”, – deyə Tramp qeyd edib.
ABŞ prezidenti bildirib ki, dörd gün əvvəl ona yaxınlaşan şəxslər İranın boğazı dərhal açmaq istədiyini deyiblər. Lakin Trampın sözlərinə görə, İranla razılaşma əldə etmək üçün sərt şərtlər tələb olunur.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 22 Aprel 2026 16:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















