İran Hörmüz lə bağlı 3 şərt irəli sürdü: Əgər ABŞ bunu etməsə, o zaman...
Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
İran Hörmüz boğazı vasitəsilə bütün gəmilərin keçidini yenidən qadağan edə bilər.
Globalinfo.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi İranın Ali Milli Təhlükəsizlik Şurasındakı mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, boğazın açıq qalması Livan ilə İsrail arasında əldə olunmuş atəşkəs rejiminə riayət edilməsindən asılıdır. Əgər bu razılaşma pozulsa, İran hərbi qüvvələri strateji su yolunu yenidən bağlayacaq.
Digər tərəfdən, “Fars News” bildirir ki, İran əvvəlcə Pakistan vasitəçiliyi ilə əldə olunan atəşkəs planı çərçivəsində hər gün məhdud sayda gəminin keçidinə icazə verib. Lakin Livanda atəşkəsin tam tətbiq olunmaması və Hizbullah ilə İsrailə şamil edilməməsi səbəbindən bu razılaşma dayandırılıb.
Məlumata görə, İran sonradan boğazı yenidən açsa da, bunun üçün üç əsas şərt irəli sürüb:
Eyni zamanda ABŞ prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb ki, İran bir daha Hörmüz boğazını bağlamamaq barədə razılıq verib və bu marşrut heç vaxt sülhə qarşı silah kimi istifadə olunmayacaq.
Hazırkı vəziyyət Yaxın Şərqdə gərginliyin davam etdiyini və strateji əhəmiyyətli Hörmüz boğazının yenidən qlobal qarşıdurmanın mərkəzinə çevriləcəyini göstərir.
Əliyar Xəlil
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 17 Aprel 2026 21:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















