Icma.az
close
up
RU
İran Hörmüzü bağlayacaq, ABŞ bazalarına hücum edəcək və... Müharibə başlayır?

İran Hörmüzü bağlayacaq, ABŞ bazalarına hücum edəcək və... Müharibə başlayır?

Sfera.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ və İran arasında aparılan nüvə danışıqlarında razılaşma əldə edilmir. Xüsusilə, İranın Ali dini rəhbəri S.Ə. Xamenei D.Trampla hər hansı bir müqavilənin bağlanmasını "mənasız" adlandırıb. İran öz mövqeyindən geri çəkilmir. Hətta şərt kimi İsrailin də nüvə silahından istifadə edilməsinə qadağa qoyulmasını irəli sürüb.

İran dinc nüvə araşdırmalarından əl çəkməyəcəyini bəyan edir. Bunu elmi tədqiqat olduğunu və ölkəsinin inkişafı istiqamətində edəcəyini vurğulayır. ABŞ isə həm ballistik raketlərdən həm də dinc nüvə proqramından imtina etməyi tələb edir. İki tərəfin mövqeyi bir-birinə ziddir olaraq qalır. ABŞ İranın onun şərtlərini qəbul etmədiyi üçün İrana qarşı İsrail faktorundan istifadə etməyə başlayır. İsrail vasitəsilə İrana öz tələblərini qəbul etdirməyə çalışır.

Maraqlıdır, bu hadisələr tərəflər arasında razılşamaya necə təsir edə bilər?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi ekspert Məhəmməd Əsədullazadə bildirib ki, belə olan təqdirdə tərəflər arasında mümkün razılaşmaların əldə edilməsi çətin görünür. 

Onun sözlərinə görə, İsrailin İrana mümkün hücumu Trampın xarici siyasətinin fiaskosudur:

“Ümumiyyətlə, İsrail, ABŞ-İran danışıqlarının əvvəldən əleyhinə olub. Məhz 2017-ci ildə Tramp İsrailin istəyi ilə İranla əldə olunan "Hərtərəfli nüvə" sazişindən birtərəfli şəkildə çıxdı. ABŞ ilə İran arasında yenidən başlanan nüvə danışıqlarına İsrail etiraz edirdi. Tramp çalışırdi ki, danışıqlar yolu ilə İranla münasibətləri normallaşdırsın və nüvə proqramından imtina edilməsinə nail olsun, amma İran öz maksimalist şərtlərindən əl çəkmədi. 

Artıq ABŞ İsrailə İrana qarşı mümkün "cərrahi" əməliyyatlara icazə verib. Bununla Tramp İranı güzəştə getməyə məcbur etməyi planlaşdırır. Halbuki, İran ABŞ üçün təhdid deyil. ABŞ üçün strateji təhdid Rusiyadir, amma ABŞ Prezidenti Rusiyanın güclənməsi üçün "yaşıl" işıq yandırıb. Tramp Rusiyanın Ukraynada qalib gəlməsi üçün əlindən gələni edir. Əgər Rusiya Ukraynada qalib gələrsə, bu Trampın siyasi fiaskosu və ABŞ fövqəldövlət statusunun ləğvi demək olacaq. Bu gün ABŞ üçün əsas təhdid məhz Rusiyadır”.

M.Əsədullazadə qeyd edib ki, İsrail İranın nüvə mərkəzlərinə qarşı hərbi əməliyyatlar keçirsə, İran assimetrik cavab verəcək, Hörmüz boğazını bağlayacaq:

“Həmçinin, ABŞ-nin hərbi bazalarına hücumlar təşkil olunacaq. Bundan əlavə, Yəməndə Husilər ABŞ hərbi bazalarına və İsrailə qarşı raket atışlarına başlayacaq. İranın küncə sıxışdırmaq və nüvə proqramından əl çəkdirmək üçün başlanan müharibə Trampın uğursuz siyasəti və Rusiyanın maraqlarına xidmətin əsas hissəsidir”. 


Firuzə Əliyeva
Sfera.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://sfera.az
archiveBu xəbər 12 İyun 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see166

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see164

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see152

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see148

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see147

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see146

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see146

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see144

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see139

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see139

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see137

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see137

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see134

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see134

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see134

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see133

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri