İran iki fransalı diplomatı qanunsuz fəaliyyətdə ittiham edib
Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
İran Kəşfiyyat Nazirliyi iki fransalı diplomatı ölkə daxilində gizli əlaqələrin yaradılmasına və şəbəkə qurulmasına yönəlmiş qanunsuz fəaliyyətdə ittiham edib.
Bakıvaxtı.az -ın verdiyi məlumata görə, bu barədə "Al Jazeera" telekanalı nazirliyin açıqlamasına istinadən xəbər yayıb.
Məlumata görə, araşdırma zamanı İranda müəyyən şəxslərlə əlaqə yaratmaq, onlarla gizli əməkdaşlıq qurmaq, eləcə də ölkə daxilində və xaricində belə əlaqələr şəbəkəsi formalaşdırmaq cəhdlərini təsdiqlədiyi iddia olunan sənədlər götürülüb.
Nazirlik həmçinin bildirib ki, bu fəaliyyətlə bağlı müqavilələrin üzərində Fransanın İrandakı keçmiş səfirinin imzası var. Bununla belə, nazirlik müqavilələrin məzmununu açıqlamayıb və onların konkret olaraq hansı fəaliyyəti təsdiqlədiyini izah etməyib.
İran hakimiyyəti diplomatların hərəkətlərini ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirib və belə fəaliyyətə yol verilməyəcəyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 15 Avqust 2026 19:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















