Icma.az
close
up
RU
İran İsrail müharibəsi qapıda: 2026 da ilk hücumu kim edəcək?

İran İsrail müharibəsi qapıda: 2026 da ilk hücumu kim edəcək?

Icma.az bildirir, Konkret.az portalına istinadən.

İran–İsrail xəttində gərginliyin yenidən açıq müharibəyə çevrilməsi ehtimalı müzakirə mövzusu olaraq qalır. İsrailin baş naziri Benyamin Netanyahu İranın Fordo nüvə obyektinin məhv edilməsindən sonra Tehranın nüvə proqramını digər obyektlərdə bərpa etməyə çalışdığını bəyan edib. Bəs, İran–İsrail xəttində yenidən açıq müharibə ehtimalı nə qədər realdır?

Mövzu ilə bağlı Ağ Partiyasının sədri Tural Abbaslı KONKRET.az-a açıqlamasında bildirib ki, İran açıq şəkildə nüvə fəaliyyətini öz dövlət maraqları çərçivəsində apardığını bəyan edir və rəsmi olaraq nüvə silahı əldə etmək niyyətində olmadığını vurğulayır. Lakin onun sözlərinə görə, nüvə fəaliyyəti ilə məşğul olan istənilən ölkənin yekun hədəfinin silah əldə etmək olduğu beynəlxalq aləmdə hamıya məlumdur.

Tural Abbaslı qeyd edib ki, bu amil İsrailin mütəmadi olaraq İranı nüvə silahı istehsalında ittiham etməsi, onun ərazilərini bombalaması və ya təxribatlar həyata keçirməsi üçün əsas ola bilməz:

“İran–İsrail qarşıdurması mövcuddur və bu, 12 günlük müharibə zamanı pik həddə çatdı. Bütün dünya gördü ki, tərəflərin bəyan etdiyi kimi bir-birini tam məhv etmək ssenarisi reallaşmadı. Sonradan ABŞ-ın vasitəçiliyi ilə atəşkəs əldə olundu.”

Partiya sədri bildirib ki, daha sonra məlum oldu ki, obyektlərin vurulması müəyyən koordinasiya çərçivəsində baş verib və ABŞ bu prosesdən məlumatlı olub. Onun fikrincə, qarşıdurma istənilən anda yenidən alovlana bilər, lakin münaqişəni yalnız İranın nüvə silahı əldə etmək niyyəti ilə izah etmək doğru olmaz.

“Burada həm İran rejiminin daxili problemlərdən diqqəti yayındırmaq və öz mövqeyini qorumaq maraqları, həm də Netanyahunun siyasi vəziyyəti rol oynayır. Qəzzada aparılan hərbi əməliyyatlardan sonra İsraildə daxili siyasi durum o qədər də ürəkaçan deyil. Netanyahu üçün də ümumi düşmən obrazının formalaşması sərfəlidir,” – deyə Abbaslı vurğulayıb.

Onun sözlərinə görə, məsələ təkcə İran–İsrail münasibətlərindən ibarət deyil, daha geniş geosiyasi maraqların toqquşmasıdır. Açıq müharibə ehtimalı qalmaqda davam etsə də, bunun yaxın zamanda baş verməsi real görünmür.

“Bu məsələdə qərarı yalnız İran və İsrail vermir. ABŞ-ın birbaşa rolu və təsiri var. Xüsusilə, Donald Trampın mövqeyi həlledici ola bilər. Ona görə də hazırkı mərhələdə gözləmə mövqeyi üstünlük təşkil edir,” – Tural Abbaslı əlavə edib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:263
embedMənbə:https://konkret.az
archiveBu xəbər 01 Yanvar 2026 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see569

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see410

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see293

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see292

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see286

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see264

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see258

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see231

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see226

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see214

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see210

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see208

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see205

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see202

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see199

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see197

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see192

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see181

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri