Icma.az
close
up
RU
İran İsrail münaqişəsi Azərbaycanın avtomobil bazarını vura bilərmi? ARAŞDIRMA

İran İsrail münaqişəsi Azərbaycanın avtomobil bazarını vura bilərmi? ARAŞDIRMA

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İranla İsrail arasında davam edən gərginlik Azərbaycana avtomobil idxal edən sahibkarların da müzakirə mövzusuna çevrilib. Logistika mütəxəssisləri vəziyyəti diqqətlə izlədiklərini, xüsusən də Cənubi Koreya və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Azərbaycana gətirilən avtomobillərin İran ərazisindən keçməklə daşınması prosesindən narahat olduqlarını bildirirlər. Regionda vəziyyətin gərginləşməsi Azərbaycanın avtomobil bazarındakı qiymətlərə nə dərəcədə təsir göstərəcək? Mövzunu araşdırmağa çalışdıq.

Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) İdarə Heyətinin sədri Eyyub Əliyev Oxu.az-a açıqlamasında münaqişənin avtomobil bazarına təsir edəcəyini düşünmədiyini bildirib:

"Sözsüz ki, regionda istənilən konflikt, ümumilikdə geosiyasi vəziyyətin qarışıq olması logistikaya öz təsirini göstərir. Hazırda Azərbaycana avtomobillər, xüsusən Çin-Qazaxıstan-Xəzər-Bakı marşrutu ilə gətirilir, həmin marşrut üzrə hərəkətdə isə hər hansı yubanma və ya problem yoxdur".

E.Əliyev qeyd edib ki, yalnız İran körfəzi istiqamətindən gələn avtomobillərin çatdırılması məsələsi müəyyən narahatlıq yaradır:

"Hesab edirəm ki, münaqişə uzanacağı təqdirdə həmin istiqamətdən gələn avtomobillərin çatdırılmasında yubanmalar qaçılmaz ola bilər. Amma bir daha qeyd etmək istəyirəm ki, son dönəmdə Azərbaycana ən çox Çin istehsalı olan avtomobillərin gətirildiyini nəzərə alsaq, avtomobil bazarında hər hansı avtomobil qıtlığı və qiymət artımını görə biləcəyimizi düşünmürəm. Digər məsələləri isə zaman göstərəcək".

Cənubi Koreyadan Azərbaycana avtomobil gətirilməsi ilə məşğul olan sahibkar Samir Əfətli açıqlamasında İran ərazisindən keçməklə Azərbaycana gəlməli olan avtokonteynerlərdə yubanma ola biləcəyini ehtimal etdiyini bildirib:

"Biz Cənubi Koreyadan Azərbaycana avtomobil konteynerləri göndərməklə məşğuluq. Buradan Azərbaycana konteyner göndərməyin Gürcüstandan və İran ərazisindən keçməklə iki yolu var. İndiki vəziyyətdə İran ərazisindən keçməklə avtomobillərin çatdırılmasında müəyyən gecikmələrin yaşana biləcəyini ehtimal edirik. Münaqişə yeni olduğu üçün dəqiq fikir demək çətindir. Çünki hazırda həmin yolla getməli olan konteynerlərimiz yoxdur. Son konteynerlərimiz münaqişədən iki gün əvvəl Azərbaycana çatıb. Münaqişənin uzanacağı təqdirdə hansı qərarlar veriləcək, həmin yolla logistikaya icazə veriləcək, ya verilməyəcək - hələ ki sual altındadır. Hesab edirəm ki, sadəcə, prosesləri izləyib müəyyən nəticə əldə edə biləcəyik".

İqtisadçı-ekspert Xalid Kərimli isə açıqlamasında avtomobil bazarında qiymətartırıcı faktorların olduğunu istisna etməyib:

"Məlumdur ki, Azərbaycana Avropadan və ABŞ-dən gətirilən avtomobillər, əsasən, gəmilərlə Gürcüstan üzərindən Poti limanı vasitəsilə, eləcə də Türkiyə və Gürcüstan üzərindən quru yolları ilə gətirilir. Avtomobil bazarımızın əhəmiyyətli hissəsini təşkil edən Çindən, Yaponiya və Cənubi Koreyadan gətirilən avtomobillər isə həm İran üzərindən, həm də Qazaxıstanı keçməklə gətirilə bilir. Bu səbəbdən İranda baş verən proseslər, təbii ki, həm riskləri, həm də daşınma xərclərini artıra bilər. Səbəb isə ondan ibarətdir ki, tranzit İran üzərindən işləməyəndə digər istiqamətlərdə tələbat artmış olur ki, bu da daşınma qiymətlərinin artması deməkdir. Məsələn, Bəndər-Abbas limanının işləməməsi Poti-Batumi limanlarının yükünü artıra bilər. Belə olan halda həmin istiqamətdə daşınma qiymətləri artmış olur, daşınma xərclərinin artması da avtomobilin qiymətində, əlbəttə ki, özünü büruzə verəcək. Ümumiləşdirsək, görərik ki, bütün proseslər qiymətartırıcı faktorlardır. O ki qaldı qiymətlərin nə qədər artacağı məsələsinə, onu artıq bazar özü göstərəcək".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 20 İyun 2025 20:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see253

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see191

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see161

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see154

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see135

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see133

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see133

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see130

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see130

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see130

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see126

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri