İran İsrail tərəfindən nüvə obyektlərinə hücum barədə AEBA nı məlumatlandırıb
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İsrail tərəfi İranın mərkəzi hissəsində - Ərakda yerləşən kompleksə hücum etməklə nüvə obyektlərinə hücumları qadağan edən beynəlxalq hüququ pozub və İran baş verənlər barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) məlumatlandırıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi İranın Atom Enerjisi Təşkilatının mətbuat xidmətinin bəyanatına istinadən bildirib.
"Bu gün səhər İsrail Arakdakı tədqiqat reaktoruna və ağır su istehsalı kompleksinə hücum edib", - bəyanatda deyilir.
Təşkilat həmçinin qeyd edib ki, hadisə nəticəsində itki yoxdur.
"Həmçinin əvvəlcədən görülmüş tədbirlər nəzərə alınaraq, kompleksin yaxınlığındakı ərazilərin sakinləri üçün heç bir təhlükə yoxdur", - açıqlamada qeyd olunub. Nüvə obyektləri Mərkəzi əyalətinin inzibati mərkəzi olan Ərak şəhərindən şimal-qərbə doğru 50 kilometrdən artıq məsafədə yerləşir.
Bununla yanaşı, təşkilat qeyd edir ki, AEBA İranın digər nüvə obyektlərinə əvvəlki hücum halları ilə bağlı heç bir tədbir görməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 19 İyun 2025 11:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















