İran İsrailə daha güclü zərbələr barədə xəbərdarlıq edib
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 4 aprel, AZƏRTAC
ABŞ-ın İslam Respublikasındakı körpüləri və elektrik stansiyalarını dağıtmaqla bağlı təhdidləri həyata keçirməsi halında, İran ordusu Təl-Əvivə daha güclü zərbələr endirə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə xəbərdarlıq İran Silahlı Qüvvələrinin Baş Qərargahı tərəfindən verilib.
İran Ordusunun Baş Qərargahı xüsusi açıqlamasında bildirib: "Əgər ABŞ Prezidenti İran körpülərini, elektrik stansiyalarını və enerji infrastrukturunu dağıtmaqla bağlı təhdidləri reallaşarsa, İran silahlı qüvvələri ABŞ və İsrailin yanacaq-enerji sektorundakı obyektlərinə, iqtisadi mərkəzlərə və elektrik stansiyalarına hücum etməklə yanaşı, Təl-Əvivin daha vacib və geniş hissələrinə, həmçinin ABŞ bazalarının yerləşdiyi ölkələrə və Amerikanın bölgədəki müttəfiqlərinə daha ciddi zərbələr endirəcək".
İran ordusu həmçinin əlavə edib ki, Amerika hərbi bazalarının yerləşdiyi ölkələr zərərdən qaçmaq istəyirlərsə, amerikalıları ərazilərini tərk etməyə məcbur etməlidirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:226
Bu xəbər 04 Aprel 2026 04:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















