İran kartof ixracını DAYANDIRDI
Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İranın bəzi vilayətlərində və böyük şəhərlərində bahalaşma səbəbi ilə kartof ixracı dayandırılıb.
Redaktor.az xəbər verir ki, bunu İranın Mərkəzi Kənd Kooperasiyası Təşkilatının sədr müavini Murtaza Motəmed yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, İranın Kənd Təsərrüfatı Nazirliyi ehtiyatdan kartofun vilayət bazarlarına göndərilməsinə göstəriş verib.
Motəmed bildirib ki, ölkədə hazırda kartof çatışmazlığında hər hansı problem yoxdur və müxtəlif vilayətlərdə bu məhsulun bazarlara satışa çıxarılması ilə qiymətlərin normallaşacağı gözlənilir.
Qeyd edək ki, son vaxtlar İranda bəzi kənd təsərrüfatı məhsulları, o cümlədən kartofun qiymətində ciddi artım qeydə alınıb.
Məqalədə:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 02 Mart 2026 19:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















