İran liderinin müşaviri Trampı qarnına dron zərbəsi ilə HƏDƏLƏDİ
Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İranın ali liderinin müşaviri Cavad Laricani ABŞ Prezidenti Donald Trampa qarşı mümkün sui-qəsdi ətraflı təsvir edən şok bəyanatla çıxış edib. İranlı məmurun sözlərinə görə, Tramp Floridadakı Mar-a-Laqo kurortunda istirahət edərkən dron hücumunun hədəfinə çevrilə bilər.
Redaktor.az xəbər verir ki, Cavad Laricani İran dövlət televiziyasının efirində bildirib.
"Tramp Mar-a-Laqoda günəş vannası qəbul etməmək üçün nəsə edib. O, orada qarnı günəşə doğru uzanarkən, kiçik bir dron onun göbəyinə vura bilər. Hər şey çox sadədir", - deyə o bildirib.
Bu təhdidlər İranda "Qanlı pakt" adlı xüsusi onlayn platformanın işə salınması fonunda səslənib. Bu platforma İranın ali lideri Əli Xameneinin həyatına təhdid yaratdığını düşündükləri şəxslərin "cəzalandırılması" üçün vəsait toplamaq məqsədilə yaradılıb. Saytda açıq şəkildə "Allahın düşmənləri"nin məsuliyyətə cəlb edilməsi üçün mükafat təklif olunur ki, bunların arasında Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu xüsusilə vurğulanır.
Donald Trampın özü İran rəhbərliyinin təhdidlərini şərh edərkən onların reallığına şübhə etdiyini bildirib, lakin potensial təhlükənin mövcudluğunu etiraf edib (oxu.az).
Baxış sayı:63
Bu xəbər 10 İyul 2025 18:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















