Icma.az
close
up
RU
İran mediası Qrossini ABŞ a “yanlış məlumat və hesabatlar” verməkdə ittiham edir

İran mediası Qrossini ABŞ a “yanlış məlumat və hesabatlar” verməkdə ittiham edir

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

İranın dövlət nəşri olan “Tehran Tayms” Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Mariano Qrossinin Tehranın nüvə proqramı ilə bağlı ABŞ tərəfinə “yanlış məlumat və hesabatlar” verdiyini iddia edib.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, “Tehran Tayms”ın mənbələrinə görə, Qrossi İngiltərə, Fransa və Almaniyanın təzyiqi ilə İran-ABŞ danışıqlarının təxirə salınmasına səbəb olub.

“Qrossi ABŞ tərəfinə çaşdırıcı məlumatlar və hesabatlar təqdim etməklə, İranın dinc nüvə fəaliyyətinin statusu ilə bağlı dediklərinin həqiqətə uyğun olmadığı təəssüratı yaratmağa çalışır”, - deyə hesabatda qeyd edilib. Qrossinin İran və ABŞ arasında danışıqlarda iştirak etmək üçün hər cür səy göstərdiyi anlaşılır.

2018-ci ildə ölkəsini İranla bağlanmış nüvə sazişindən birtərəfli qaydada çıxaran ABŞ prezidenti Donald Tramp mart ayında İran lideri Ayətullah Əli Xameneiyə məktub göndərərək İranla birbaşa nüvə danışıqlarına çağırıb və mətndə təhdidlərə də yer verib.

İran Oman vasitəsilə məktuba cavab verib. Məktub axınının ardınca Tehran və Vaşinqton bir həftə ara ilə əvvəlcə Omanda, daha sonra Romada və yenidən Omanda vasitəçilərin iştirakı ilə danışıqlar aparıblar.

Həm İran, həm də ABŞ danışıqlarda irəliləyiş olduğunu bildirib. Danışıqların dördüncü raundunun mayın 3-də Romada keçiriləcəyi açıqlanıb. Danışıqlarda vasitəçilik edən Omanın xarici işlər naziri Bədr bin Həməd əl-Busaidi dünən "X" sosial media hesabında danışıqların “logistik səbəblərə görə” təxirə salındığını açıqlayıb.

Dünən Vaşinqton administrasiyası İrana qarşı “maksimum təzyiq” kampaniyası çərçivəsində dördü Birləşmiş Ərəb Əmirliklərində, biri isə Türkiyədə yerləşən İran neftinin satışı ilə məşğul olan ümumilikdə yeddi şirkətə sanksiya tətbiq etdiyini açıqlayıb.

ABŞ-ın müdafiə naziri Pit Heqset də sosial media hesabında “İrana mesaj” başlıqlı mesaj paylaşıb: “Biz sizin husilərə ölümcül silahlarla dəstəyinizi görürük. Nə etdiyinizi dəqiq bilirik. Siz ABŞ ordusunun nəyə qadir olduğunu çox yaxşı bilirsiniz və sizə xəbərdarlıq edilib. Nəticələrini seçdiyimiz vaxt və yerdə ödəyəcəksiniz”, - deyə qeyd edib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi də iki ölkə arasında danışıqların davam etdiyi bir vaxtda ABŞ-ı “ziddiyyətli hərəkətlər və təxribat xarakterli bəyanatlar verməkdə” ittiham edib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 02 May 2025 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see168

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri