İran mətbuatı Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayırıb
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 7 iyul, AZƏRTAC
İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünün Azərbaycanın Xankəndi şəhərində keçirilməsi İran mətbuatında geniş işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA, həmçinin Mehr, İSNA, İLNA və digər internet resurslarında, “Kayhan” qəzetində Azərbaycanda keçirilən ECO Həftəsinə geniş yer ayrılıb. Dərc olunan materiallarda İran Prezidenti Məsud Pezeşkianın Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü xüsusilə vurğulanıb.
Bildirilib ki, ECO çərçivəsində həyata keçirilən iqtisadi layihələr üzv dövlətlərin iqtisadi inkişafına təkan verir. İran enerji resurslarına malik ölkə kimi ECO-nun inkişafında maraqlıdır.
Saytlarda Azərbaycanın iqtisadi inkişafından bəhs olunub, tədbirin yüksək səviyyədə keçirildiyi vurğulanıb və rəsmi Bakının ECO çərçivəsində fəal olduğu bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 07 İyul 2025 12:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















