İran millisinin DÇ 2026 dan çıxacağı təqdirdə onlara qarşı sanksiyalar açıqlanıb
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
RMC Sport xəbər verir ki, İran milli komandası birtərəfli qaydada 2026-cı il dünya çempionatından çıxsa, milli komanda Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) ciddi sanksiyaları ilə üzləşəcək.
İdman.Biz bildirir ki, İran milli komandaları gələcək bütün FIFA yarışlarından kənarlaşdırıla bilər. Onlar həmçinin minimum 275.000 avro cərimə ilə üzləşə bilərlər ki, bu da 555.000 avroya çata bilər. Məbləğ komandanın turnirdən çıxma tarixindən asılıdır. FIFA-nın İntizam Komitəsi İran komandasına xalların silinməsi də daxil olmaqla idman sanksiyaları tətbiq edə bilər.
Daha əvvəl bildirilirdi ki, İran milli komandası ABŞ-ın Yaxın Şərq ölkəsinə qarşı aqressiv siyasətinə görə dünya çempionatından çıxa bilər. ABŞ prezidenti Donald Tramp da bu məsələyə münasibət bildirib.
İran milli komandası DÇ-2026-ya vəsiqə qazanıb və Belçika, Misir və Yeni Zelandiya ilə qarşılaşacaqları G qrupuna düşüb. Komandanın hər üç oyunu ABŞ-da keçirilməlidir.
DÇ-2026 bu yay üç ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 13 Mart 2026 01:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















