Icma.az
close
up
RU
İran mollalarının siyasət sevgisi: Üzrxahlıq əvəzinə təkrarlanan səhv ŞƏRH

İran mollalarının siyasət sevgisi: Üzrxahlıq əvəzinə təkrarlanan səhv ŞƏRH

Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.

İranın ali dini rəhbəri Əli Xameneyinin Qəzvin əyalətindəki nümayəndəsi, Qəzvin şəhərinin cümə imamı Əbdülkərim Abedini Azərbaycan Prezidenti İlham Əliyevin televiziya kanallarına müsahibəsindən sonra qorxuya düşənlərdən biri olub.

“Report” “Azad İran”a istinadən xəbər verir ki, molla Azərbaycan Prezidenti barədə özünəlayiq ifadələrlə çıxış edib.

Bununla da İran rəsmiləri növbəti dəfə Azərbaycan və Türkiyə prezidentlərinə düşmənçiliyini nümayiş etdirib. Sözügedən davranış nə bölgədə baş verən gerçəklərini anlamaqdan, nə də qarşılıqlı hörmət prinsiplərindən xəbər verir, əksinə nifaq siyasətini açıq şəkildə ortaya qoyur.

Məsələ burasındadır ki, İran mollaları özlərini siyasətçi kimi təqdim etməyə çalışırlar. Halbuki onların yeganə işi Quranı insanlara başa salmaq, onları dini rituallara əməl etməyə çağırmaqdır. Mümkündür ki, İran mollaları Bakıya qarşı çıxış etməzdən əvvəl hansısa qüvvələrdən icazə alırlar. Amma nəzərə almaq lazımdır ki, analoji çıxışlar nə Əbdülkərim Abedini, nə də onun kimi digərlərinin savadına, məntiqinə, intellektual səviyyəsinə uyğundur. Odur ki, onların səsləndirdikləri siyasi motivli fikirlər sadəcə gülüş və təəccüb yaradır. İran mollaları Azərbaycanı nə tənqid edəcək, nə də bu ölkənin rəsmi şəxsləri, o cümlədən birinci şəxsinə cavab vermək iqtidarında deyillər.

Üstəlik, belə bəyanatlar İran hakimiyyətinə başucalığı gətirmir. Əksinə, Azərbaycanla ikitərəfli münasibətlərə zərbə vurur. Rəsmi Tehran bunu nəzərə almalı və İran mollalarının ölkənin xarici siyasətinə müdaxiləsinin qarşısını almalıdır.

İran suveren dövlətdir. Belə olan halda əgər İranın xarici siyasətini mollalar idarə edirsə və onların səsləndirdikləri fikirlər qonşu dövlətlərlə münasibətlərə təsir edirsə, deməli, rəsmi Tehranın xarici siyasət kursu "yox" səviyyəsindədir. Odur ki, İran hakimiyyəti mollaların “siyasətşünaslığına” rəvac verməməli, əksinə, onların ən qısa zamanda Azərbaycan xalqından üzr istəməsini tələb etməlidir. Əks halda gələcək perspektivdə münasibətlərin pisləşməsinə məsuliyyəti rəsmi Tehran daşıyacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində İran mollalarının Azərbaycana qarşı son vaxtlar səsləndirdikləri qeyri-adekvat fikirlərə münasibət bildirib. Ölkə lideri İranın ali dini liderinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyid Həsən Amulinin də qatıldığı tədbirdə Azərbaycan və onunla bağlı səslənmiş ifadələri "təhqir" adlandırıb. O, rəsmi Tehranın Azərbaycan xalqından üzr istəməsini tələb edib.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://report.az
archiveBu xəbər 12 Yanvar 2025 00:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri