İran mövqeyini dəyişməyəcək Prezident BƏYAN ETDİ
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
İran nüvə məsələsi ilə bağlı mövqeyini dəyişməyəcək və İsrailin hücumları davam etdikcə danışıqlar aparmayacaq.
Modern.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian fransalı həmkarı Emmanuel Makronla telefon danışığı zamanı deyib.
O, ABŞ-ni İsrailin hücumlarını əlaqələndirməkdə ittiham edib.
"Amerikalılar danışıqlar zamanı həmişə vurğulayıblar ki, İsrail onların koordinasiyası və icazəsi olmadan heç bir aqressiv addım atmayacaq. Ona görə də indiki hücumların bu hərəkətləri təsdiqləyən ABŞ-nin koordinasiyası ilə həyata keçirildiyi açıq-aydın görünür", - Pezeşkian qeyd edib.
İran lideri daha əvvəl Pakistanın Baş naziri Şahbaz Şəriflə söhbətində qeyd edib ki, İsrailin zərbələrinin ABŞ ilə əlaqələndirilməsi Vaşinqtonun etibarsızlığını göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 14 İyun 2025 22:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















