Icma.az
close
up
RU
İran müharibəsi Rusiya ilə Hindistanı yaxınlaşdırır ŞƏRH

İran müharibəsi Rusiya ilə Hindistanı yaxınlaşdırır ŞƏRH

Azvision portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu fikirlər siyasi şərhçi Elxan Şahinoğluna məxsusdur. O həmçinin diqqəti belə bir məqama yönəldib ki, Rusiya və Hindistan əməkdaşlığı genişləndirməyə qərar veriblər. Martin 23-də “Rusiya və Hindistan: İkitərəfli münasibətlər üçün yeni gündəliyə doğru” adlı konfransda iki ölkənin akademik, ekspert və diplomatik dairələrinin nümayəndələri iştirak ediblər. Konfrans iştirakçıları ikitərəfli münasibətlərin mövcud vəziyyətini müzakirə ediblər. Çıxışlarda iki ölkə arasında siyasi tədbirlərin davam etdirilməsinin zəruriliyi vurğulanıb.
Delhinin Moskva ilə strateji tərəfdaşlığını gücləndirməsi Hindistanın xarici siyasət prioritetləri arasında qalır. Rusiya Prezidenti Vladimir Putinin 2025-ci ilin dekabr ayında Yeni Delhiyə səfəri zamanı strateji tərəfdaşlığı gücləndirən sazişlər imzalanıb. Öz növbəsində Kreml Hindistanın baş nazir Narendra Modinin bu il ərzində Moskvaya səfər edəcəyini gözləyir. 2025-ci ildə ikitərəfli ticarətin həcmi təxminən 60 milyard dollar olub. Liderlər 2030-cu ilə qədər bu rəqəmin 100 milyard dollara çatdıılması məqsədini təsdiqləyiblər.
Hər iki tərəf ticarətdə dollardan imtina etməyə çalışırlar. İki ölkə arasında ticarətin 96 faizi milli valyutalarda aparılır. “Bloomberg” agentliyinin məlumatına görə, Hindistanın neft emalı zavodları Rusiya nefti üçün dollarla yox, başqa valyutalarla ödəniş etməyə başlayıb. Şirkətlər rupini "rus alıcılarına" məxsus xarici hesablara göndərirlər. Rupi daha sonra Çin yuanına, BƏƏ dirhəmlərinə və Honkonq və ya Sinqapur dollarlarına çevrilir.
Moskva ilə Yeni Delhi BRİCS təşkilatının gücləndirilməsinə çalışırlar. Narendra Modi hesab edir ki, BRİCS Yaxın Şərqdə müharibələrinin dayandırılması üçün diplomatik fəallığını artırmalıdır. Çünki, Yaxın Şərqdə gərginlik və müharibələr BRİCS üçün ciddi problemlərə səbəb olub. Bölgədəki müharibələr nəqliyyat yollarından istifadəyə və gəmiçiliyə ciddi əngəllər yaradıb. Yaxın Şərqdə müharibələrin bitməsi regional layihələrin icrası anlamına gəlməyəcək. Çünki, bölgədə ölkələrarası münasibətlər normallaşmadığı mühitdə yeni müharibələrin baş verməsi ehtimalı yüksəkdir. Belə vəziyyətdə bölgə ölkələrindən keçməsi planlaşdırılan nəqliyyat yollarının tikintisi real deyil.
Yeni Delhinin Moskva ilə strateji tərəfdaşlığı gücləndirməsinə baxmayaraq, Hindistan hökuməti xarici siyasətdə strateji muxtariyyət kursundan da imtina etmir. Bu o deməkdir ki, Yeni Delhi ABŞ və Avropa İttifaqı ilə müxtəlif sahələrdə əlaqələrin inkişafında maraqlıdır. ABŞ və Avropa İttifaqı ölkələri Hindistanın əsas ticarət tərəfdaşlarıdır. Ona görə də Hindistanın Rusiya ilə yaxınlığı Qərbə qarşı yönəlməyib. Ancaq Yeni Delhi üçün iki qütb arasında balansı qorumaq asan deyil. Misal üçün İrana qarşı müharibə bitdikdən sonra Vaşinqton Yeni Delhidən Rusiya neftini alışını dayandırmasını yenidən tələb edə bilər.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://azvision.az
archiveBu xəbər 29 Mart 2026 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see298

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see296

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see286

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see255

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see251

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see243

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see238

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see233

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see231

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see220

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see211

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see209

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see208

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see205

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see203

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see194

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see193

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see188

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri