Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

İran müharibəsinin ən çox qazananı Türkiyə olacaq ŞƏRH

İran müharibəsinin ən çox qazananı Türkiyə olacaq ŞƏRH

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Amerika Birləşmiş Ştatları ilə İsrail prosesə əməliyyat kimi hazırlaşıb, İran isə total müharibə kimi. Bunu müharibə başlayan ilk gündən deyirəm. ABŞ prezidenti Donald Tramp özü də bunu etiraf edib. İki gündür bütün dünyaya car çəkir ki, onlar qalib gəliblər. Hətta bunun əksini yazan media qurumlarını belə tənqid edir. Eynən 12 günlük müharibənin sonundakı kimi”. Sherg.az xəbər verir ki, bu sözləri hərbi ekspert Səxavət Məmməd deyib. 

Ekspert qeyd edib ki, 12 günlük müharibə zamanı Donald Tramp İranın bütün nüvə potensialını məhv etdiklərini bildirir, bunun əksini deyən, hətta bu yöndə sual verən jurnalistləri təhqir edirdi: “ Əməliyyatlar başlayanda isə o və komandasının digər üzvləri deyir ki, əgər əməliyyatlar başlamasa idi, İran iki günə nüvə silahı əldə edəcəkdi. Bəs İranın nüvə potensialını məhv etmişdin?”.

S. Məmmədin sözlərinə görə, əməliyyatlarla müharibələrin əsas fərqi onun sonu ilə bağlıdır: “ Əməliyyatların qalibi olmur, əməliyyatların nəticəsi olur! Qalib və məğlub müharibələrdə olur! İndiki şərtlərdə əməliyyatlar dayanarsa, nəticə nə olacaq? 

ABŞ İranın ali dini liderini, İranın 40-dan çox generalını sıradan çıxarmış, infrastrukturuna ağır zərbə vurmuş olacaq. Bu, onsuz da iqtisadi sanksiyalar məngənəsində sıxılan İran üçün əlavə problemlər yaradacaq. İran daxilində böhranlı vəziyyət yaradacaq. Əməliyyat başlayarkən qarşıya qoyulan hədəf nə idi? İndi nüvə məsələsini ön plana çıxarsalar da, əsas hədəf İrandakı hakimiyyəti devirmək, İranın əlindəki saflaşdırılmış uranı və uzaqmənzilli raketləri İranın əlindən almaq, Körfəzə tam nəzarət, Çinin ticarət yollarını sıradan çıxarmaq idi. İndiki şərtlərdə bunların hansınasa nail olunub demək, ən azı obyektivlikdən uzaq olmaq deməkdir.

Bu şərtlərdə ABŞ nələri itirdi? Ərəb ölkələri təhlükəsizliklə bağlı yenidən düşünməli olacaqlar. ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarının varlığı sual altına düşəcək, qızların məktəbinə endirilən zərbə isə Tramp və ABŞ-nin imicini yerlə bir etdi.

ABŞ-dən fərqli olaraq İsrail ərazisi də ağır dron və raket zərbələrinə məruz qaldı. Dağıntılarının miqyası o həddə çatıb ki, artıq video görüntüləri yayanlar 5 illik həbs cəzasına məhkum edilir. Yəni, İsrail İranın infrastrukturunu dağıtdığı qədər İran da İsrailin infrastrukturunu sıradan çıxarıb. Yuxarıda İran üçün dediyim, İsrail üçün də keçərlidir. Dağıntıların bərpası o qədər də asan olmayacaq. İsrail qarşısına qoyduğu nəyəsə nail oldu desək, yenə də obyektivlikdən uzaq olarıq. İsrail İranın uzaqmənzilli raketləri tələb edirdi. İran həmin tələb edilən raketləri İsrailə göndərdi, ancaq zərbə olaraq. Rejim dəyişikliyi isə məlum məsələ - yoxdur. Əksinə əhali hakimiyyət ətrafına daha sıx birləşib. Netanyahunun İran xalqına səslənməsi də məhz çarəsizlik göstəricisidir. Çünki tapşırıqlar uğurla icra olunsa da, gözlənilən nəticə yoxdur”.

Ekspert qeyd edib ki, İsrailin itkisi yalnız ərazisindəki dağıntılar olmadı. Holokosta görə dünyada mağdur, məzlum olan israillilərə qarşı artıq insanların mövqeyi 180 dərəcə dəyişib. ABŞ-la İsrailin alternativ planı olmadığını xatırladan S. Məmməd bildirib ki, hazırkı proses Azərbaycanın Qarabağda keçirdiyi antiterror əməliyyatı kimi icra edilir:

“Tapşırıq Qarabağdakı erməni qeyri-qanuni silahlılarını sıradan çıxarmaq, qondarma rejimi ləğv etmək idi. Nəticə necə oldu? Həm silahlılar təslim oldu, həm rejim ləğv edildi, bonus olaraq da orada yaşayan ermənilər Qarabağdan öz xoşları ilə getdilər. Buna deyirlər uğurlu əməliyyat, buna deyirlər əməliyyatın uğurlu nəticəsi. İndiki şərtlərdə ABŞ və İsrailin apardığı birgə əməliyyatla bağlı isə bunu deyə bilmərik.

Müharibələrdə qələbə olur, məğlubiyyət olur, bir də Pirr qələbələri olur. İranın apardığı müharibə birinci növbədə nəyi ortaya çıxardı - İranın vitrinə dini, mollaları ön plana çıxarıb, əslində isə İranın sözün hər mənasında militar dövlət olduğunu. İlk gündən yazırdım ki, İran müharibənin miqyasını genişləndirəcək. Görünən odur ki, buna nail olurlar. İlk dəfə idi ki, İranla Hizbullah İsrailə zərbələri danışılmış, sanki eyni yerdən idarə olunurmuş kimi endirməyə başladı. Kənardan bu asan görünə bilər. Ancaq bunun icrası son dərəcə ağır və böyük əmək sərf edən bir məsələdir.

İran bu müharibədən indiki şərtlərdə qalib çıxdığını elan etsə də, bu Pirr qələbəsi olacaq. Çünki həm dini lider, həm çoxlu sayda general itirdi. Bundan əlavə ərazisi şiddətli bombalanaraq infrastrukturu ağır zərbə aldı. Bu şərtlərdə müharibə bitərsə, insan itkilərini şəhidliklə öz xeyrinə dəyişə biləcək. İnfrastrukturun bərpası ciddi vaxt və maliyyə anlamına gələcək”.

Ekspert bildirib ki, bu şərtlərdə müharibə bitərsə, İranın ritorikası dəyişəcək. Xüsusilə Körfəz ölkələrinə diqtə edəcək:

“Bundan sonra İrana qarşı addım atacaq ölkələr 50 dəfə, bəlkə də daha çox düşünmək məcburiyyətində qalacaqlar. Bu müharibə sahədə İranın müharibəsi olsa da, əslində Çinlə Rusiyanın müharibəsidir. Müharibənin əsl qalibləri kimlər olacaq? Hesab edirəm ki, bu müharibənin qalibləri indiki şərtlərdə Çin, Rusiya və ən çox qazananı isə Türkiyə olacaq. Dünən Türkiyə tərəfi bir foto yayımladı, bildirdi ki, İncirlik hərbi bazasında ABŞ əsgərləri olsa da, orada komandir türkiyəli zabitdir. Çox keçmədən İncirlik hərbi bazası istiqamətinə də raket göndərildi. Sanki İranla Türkiyə paslaşırdı. Türkiyə bununla ABŞ-ni şantaj edəcək. Onlardan Patriot hava hücumundan müdafiə sistemləri, F-35 proqramına qayıtmağını tələb edəcək. Türkiyə cəmiyyətində, sosial şəbəkələrdə və mətbuatında "NATO-dan çıxaq" dalğası görsək, heç təəccüblənməməliyik. Çünki bu da təzyiqin bir forması kimi işləyəcək. Ona görə də, düşünürəm ki, müharibə indiki şərtlərdə bitsə, Türkiyə bunu çox ciddi şəkildə öz xeyrinə çevirə bilər”.

“ABŞ və İsrail tərəfləri bildirir ki, İranın enerji infrastrukturunu qısa zamanda sıradan çıxara bilər. Əgər bu baş verərsə, İranın əlində nüvə silahından daha təhlükəli bir silahı da işə düşə bilər. Körfəz ölkələrinin suyu haradan, İsrailin isə suyu haradan götürməsi məlumdur. Hətta Qərbin kəşfiyyat orqanları İranın su təchizatına zərbə endirə biləcəyi ilə bağlı məlumatlar da yayıb. Su problemi olan ölkələr üçün bu nə deməkdir, onu təsəvvür etmək o qədər də çətin deyil.

Müharibə başlamazdan əvvəl də qeyd edirdim ki, Rusiya və Çin ABŞ-nin qısa zamanda bu müharibəni bitirməsinə imkan verməyəcəklər. Onların əsas məqsədi ABŞ-ni Yaxın Şərq bataqlığına salmaq idi. Bu şərtlərdə müharibə bitsə belə, ABŞ Yaxın Şərqdə varlığını qoruması üçün çox çalışacaq”-deyə hərbi ekspert əlavə edib. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Mart 2026 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see314

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see313

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see294

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see293

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see293

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see290

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see286

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see286

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see280

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see280

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see256

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see255

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see252

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see251

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see246

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see245

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see245

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see241

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see237

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri