Icma.az
close
up
RU
“İran müharibəsinin gizli təsiri: dron istehsalına zərbə“ “Defense Express“

“İran müharibəsinin gizli təsiri: dron istehsalına zərbə“ “Defense Express“

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

"Müharibə təkcə enerji bazarını deyil, strateji xammal zəncirini də sarsıdır..."

İranda baş verən müharibə gözlənildiyindən daha fərqli və dərin nəticələr doğurur. 

Moderator.az xəbər verir ki, bu barədə "Defense Express" nəşrinin "Modern War Institute"-a istinadən yazıb.

Nəşr yazır ki, əgər çoxları əsas təhlükə kimi Fars körfəzi ölkələrindən neft və qaz ixracının bloklanmasını görürdüsə, indi daha az görünən, lakin daha kritik problem - kükürd çatışmazlığı ön plana çıxır.

Məlumata görə, Hörmüz boğazı vasitəsilə dünya üzrə kükürd ixracının təxminən 41 faizi daşınır. Bölgədə gərginliyin artması fonunda bu xammalın qiyməti artıq 30-50 faiz bahalaşıb ki, bu da qlobal sənaye və xüsusilə hərbi istehsal üçün ciddi siqnaldır.

"Görünməz" xammalın strateji rolu

Kükürd və onun əsas törəməsi olan kükürd turşusu müasir müdafiə sənayesinin görünməyən, lakin əvəzolunmaz elementlərindən biridir. Bu maddə olmadan mikroelektronika istehsalı, çap lövhələrinin hazırlanması və litium-ion batareyaların istehsalı faktiki olaraq mümkün deyil. Halbuki bu komponentlər müasir dronların "ürəyi" hesab olunur.

Xüsusilə SX/EW texnologiyası ilə misin əldə olunmasında kükürd turşusu əsas rol oynayır. Eyni üsulla nikel, sink və kobalt kimi metalların emalı da həyata keçirilir. Kobalt isə litium-ion batareyaların kritik tərkib hissəsidir. Ekspertlərin sözləri ilə desək, "bu gün mikroelektronika yalnız kompüterlər deyil, sadə güllədən daha mürəkkəb olan istənilən silah sistemidir".

İstehsal paradoksu və məhdudiyyətlər

Ən böyük problem isə ondadır ki, kükürd məqsədli şəkildə demək olar ki, istehsal edilmir. O, əsasən neft və qazın emalı zamanı, eləcə də sulfid filizlərinin əridilməsi prosesində yan məhsul kimi əldə olunur. Bu isə o deməkdir ki, onun istehsalını, hətta bazarda tələbat artsa belə, sadəcə, artırmaq mümkün deyil.

Nəticədə silah istehsalçıları qəribə paradoksla üzləşirlər: maliyyə və sifariş artsa belə, əsas xammalın məhdudluğu səbəbindən istehsalı genişləndirmək olmur. Bu isə müdafiə sənayesinin taleyini onun nəzarət etmədiyi amillərdən asılı vəziyyətə salır.

Dron müharibəsi və yeni asılılıqlar

Bu problem xüsusilə dron istehsalı üçün kritikdir. Çünki müasir müharibələrdə effektivlik birbaşa kütləvi istehsal imkanlarından asılıdır. Komponentlərin ucuz və əlçatan olması olmadan isə bu miqyas əldə edilə bilməz.

Daha əvvəl mühəndis Aleksandr Qraçov də qeyd edib ki, dron istehsalında əsas problemlərdən biri qlobal asılılıqlardır. Onun sözlərinə görə, Çin nadir torpaq elementləri bazarının 70-90 faizinə nəzarət edir ki, bu da batareya istehsalında ciddi risk yaradır.

Bununla belə, hazırda bu çətinliklər Ukraynanın istehsal tempini ciddi şəkildə dayandırmayıb. Keçmiş müdafiə naziri Denis Şmıqal bildirib ki, ölkə bu il müxtəlif tipli 20 milyonadək dron istehsal etməyi planlaşdırır.

Ümumilikdə isə yaranan mənzərə göstərir ki, müasir müharibə artıq yalnız cəbhədə deyil, həm də xammal, logistika və sənaye zəncirlərində gedir. Və bəzən taleyi məhz "görünməyən" resurslar həll edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://moderator.az
archiveBu xəbər 30 Mart 2026 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see363

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see340

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see279

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see273

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see270

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see269

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see263

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see256

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see253

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see249

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see241

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see238

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see236

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see235

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see228

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see224

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see208

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri