İran müharibəyə hazırlaşdığını bəyan etdi Tarix verildi
Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Bütün ssenarilərə, o cümlədən aviareyslərin və dəmir yolu xətlərinin fəaliyyətinin dayandırılması ehtimalına hazırıq”.
"Bakupost" xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Fatimə Mohacerani ölkəsi ilə ABŞ arasında hərbi gərginliyin artmasını şərh edərkən deyib.
O bildirib ki, bəzi məsələlər şayiə və ehtimallardan o yana keçmir, amma hökumətin ən çətin ssenarilərə hazırlaşması təbiidir. Mohacerani vurğulayıb ki, ölkə müharibə vəziyyətində olduğundan hökumətin həyata keçirdiyi tədbirləri açıqlaya bilməz və bəzi məlumatlar paylaşılmamalıdır.
Nazirlər kabinetində mümkün dəyişikliklərə gəlincə, hökumətin sözçüsü qeyd edib: “İranın bu günlərdə üzləşdiyi çətin şəraitdə hökumət üzvlərinin dəyişdirilməsi heç bir problemi həll etməyəcək. Prezident Məsud Pezeşkian hazırda belə dəyişikliklərlə bağlı heç bir qərar qəbul etməyib”.
Bu açıqlamalar Tehranın son günlərdə xəbərdarlıq və təhdidlərini gücləndirdiyi vaxta təsadüf edir. İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi bundan əvvəl söyləyib ki, döyüşlər yenidən şiddətlənərsə, region ölkələrinin rabitə kabelləri və məlumat mərkəzləri hədəfə alına bilər.
“The Wall Street Journal”ın məlumatına görə, İran rəsmiləri həm açıq şəkildə, həm də region dövlətləri ilə apardıqları qapalı danışıqlarda ABŞ yeni zərbələr endirəcəyi təqdirdə Tehranın Yaxın Şərqin müxtəlif bölgələrinə zərbələr endirəcəyini bildiriblər. İran ordusunun Quru Qoşunlarının komandanı briqada generalı Əli Cahanşahi də bəyan edib ki, ordunun əksər bölmələri ölkənin şimal-qərb, qərb, cənub-qərb, şərq, şimal-şərq və cənub-şərq sərhədlərində, xüsusilə də Makran sahillərində yerləşdirilib və döyüşə hazır vəziyyətdədir.
ABŞ Prezidenti Donald Tramp noyabrın 3-də keçirilməsi planlaşdırılan aralıq seçkilər başa çatana qədər İrana hücum etməyəcəyini açıqlayıb. Amma ABŞ rəsmiləri seçkilərdən sonra mümkün variantlardan heç birinin istisna edilmədiyini və bir neçə variantın Trampa təqdim olunduğunu bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 13 Oktyabr 2026 15:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















