Icma.az
close
up
RU
İran Natanza hücumu dəf etdi: “Dəmir sipər” nüvə obyektini qorudu

İran Natanza hücumu dəf etdi: “Dəmir sipər” nüvə obyektini qorudu

Icma.az, Tribuna portalına istinadən məlumat yayır.

İranın rəsmi “Mehr” agentliyinin yaydığı məlumata görə, ölkənin hava hücumundan müdafiə sistemləri Natanza yaxınlığında yerləşən strateji nüvə obyektinin üzərində İsrailə məxsus hava hədəflərini aşkar edərək məhv edib.

Tribunainfo.az -ın xəbərinə görə, qeyd edilir ki, hücumlar ya pilotsuz uçuş aparatları (PUA), ya da uzaq mənzilli raketlər vasitəsilə həyata keçirilib. Hədəf isə açıq şəkildə İranın nüvə proqramının əsas mərkəzlərindən biri – Natanz nüvə kompleksi olub.

Hadisə İranla İsrail arasında getdikcə daha da kəskinləşən hərbi qarşıdurmanın fonunda baş verir. Son günlər ərzində İsrailin İran ərazisində həyata keçirdiyi intensiv hava zərbələri nəticəsində çox sayda yüksək rütbəli İran komandiri həlak olub, bir sıra strateji infrastruktur dağıdılıb. Bu kontekstdə Natanz kimi obyektlərin hədəfə çevrilməsi təəccüblü sayılmır. İran isə cavab zərbələri ilə paralel olaraq ölkə daxilində hava təhlükəsizliyi sistemlərini maksimum dərəcədə səfərbər edir.

“Mehr” agentliyinin məlumatına görə, İranın hava hücumundan müdafiə sistemləri gecə saatlarında aktivləşib və “yüksək dəqiqliklə” hədəfləri vurub. Rəsmi mənbələr bildirirlər ki, zərərli obyektlər Natanz ətrafında aşkarlanıb və tam şəkildə zərərsizləşdirilib. Hadisə nəticəsində heç bir strateji obyektin zərər görmədiyi, habelə mülki əhalinin təsirlənmədiyi vurğulanır.

Maraqlıdır ki, hələlik İsrail Müdafiə Qüvvələri (IDF) bu hücumla bağlı heç bir açıqlama verməyib. Ənənəvi olaraq Təl-Əviv bu tip əməliyyatlara dair mövqe bildirməkdən çəkinir.

Qeyd edək ki, Natanz obyekti 3 gün öncə İsrail tərəfindən bombalanıb. Lakin bu kompleks daha əvvəllər də kiberhücumların və sabotaj cəhdlərinin hədəfi olub. 2020-ci ildə burada baş verən partlayışla bağlı məsuliyyətin dolayısı ilə İsrailə aid olduğu bildirilmişdi.

Musavat.com

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 16 İyun 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see188

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see182

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see178

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see150

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see145

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see139

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see135

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see134

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see133

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see131

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see130

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see129

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri