Icma.az
close
up
RU
İran niyə ABŞ dən başqa hər yerə raket atır?

İran niyə ABŞ dən başqa hər yerə raket atır?

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

"Hələ savaş başlamamış İran rəsmiləri İsrail və Amerikaya hücum edərsə, bunun nəticələrinin nə olacağını açıqlamış və qonşu ölkələr üçün təhdid mesajı vermişdilər. Savaş başlayandan dərhal sonra İran Körfəz ölkələrini hədəf almağa başladı".
Bunu politoloq Oqtay Qasımov Demokrat.az-a açıqlamasında deyib.
"Hələ savaş başlamamış İran rəsmiləri İsrail və Amerikaya hücum edərsə, bunun nəticələrinin nə olacağını açıqlamış və qonşu ölkələr üçün təhdid mesajı vermişdilər. Savaş başlayandan dərhal sonra İran Körfəz ölkələrini hədəf almağa başladı. Körfəz ölkələri İranın niyyətini tam başa düşmür. Orada ABŞ bazaları olduğundan, İran zərbələri əsasən həmin bazalara yönəldə bilərdi. Amma İran yalnız hədəfləri deyil, həmçinin ölkə strukturlarını və ABŞ obyektlərini də zərbə altına aldı.
Savaşın əvvəlindən Azərbaycan və Türkiyə də hadisələri izləyərək diplomatik həll yollarına yanaşdı və konkret addımlar atdı. Amma İran bunu nəzərə almadı və ölkədəki xaotik vəziyyətdən istifadə edərək həm Azərbaycana, həm də Türkiyəyə qarşı cəhdlər etdi. Naxçıvana dron uçuşu təşkil olundu, Türkiyəyə raket zərbəsi endirmək cəhdi edildi, lakin hər iki cəhd qarşısı alındı. Həm Azərbaycan, həm Türkiyə İrana sərt etirazlarını bildirdi".
Politoloq deyib ki, İranın rejimi aqressiv və ekspansiyonist siyasət yürüdür.
"Savaşın qonşu ölkələrə yayılması onun nüfuzunu artırmaq, maraqlarına mane olanları isə zərbə altında qoymaq məqsədini daşıyır. Bu, rejimin təbiətindən irəli gələn, qonşulara qarşı təhdid siyasətidir.
Belə hallar tarixdə də mövcuddur. Ölkələr bəzən hücum zamanı təsirlərini böyüdərək regional və beynəlxalq əhəmiyyət qazandırmağa çalışır. Məsələn, 1991-ci ildə İraqın işğalı zamanı Səddam Hüseyn regiondakı ölkələri hədəf almış, İsrail və digər ölkələr bu çərçivədə risk altına düşmüşdü. İranın Türkiyə və Azərbaycanı hədəfə alması da eyni məntiqdən qaynaqlanır. Rejim qonşularla normal münasibət qura bilmir və yalnız ekspansiyonist maraqlarını təmin etməyə çalışır", - deyə o qeyd edib.
Qeyd edək ki, fevralın 28-dən etibarən ABŞ və İsrailin İrana hücumları bölgədə vəziyyəti kəskinləşdirib. İran tərəfi bu hücumlara İsrailə raketlər atmaqla cavab verib. Hadisələrin gedişində İranın dövlət televiziyası ali dini lider Ayətullah Xameneinin öz ofisində öldürüldüyü barədə məlumat yayıb. Bu xəbərlə əlaqədar ölkədə 40 günlük matəm və 7 günlük qeyri-iş günü elan edilib.
Gərginlik Azərbaycan sərhədlərinə də sıçrayıb. Martın 5-də günorta saatlarında İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumları təşkil edilib. Hücum zamanı "Arash-2" tipli pilotsuz uçuş aparatlarından istifadə olunduğu bildirilir. PUA-lardan biri Naxçıvan Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəbin yaxınlığına düşüb.
Hava limanına düşən dron binaya ciddi zərər vurmaqla yanaşı iki mülki şəxsin xəsarət almasına səbəb olub. Hadisə yerində araşdırmalar aparılır və təhlükəsizlik tədbirləri gücləndirilib. Bölgədəki hərbi aktivlik və siyasi qeyri-müəyyənlik davam edir.
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 Mart 2026 21:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see297

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see281

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see267

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see265

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see238

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see232

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see229

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see214

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see211

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see209

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see208

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see205

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see201

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see196

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see185

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see181

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri