Icma.az
close
up
RU
İran nüvə proqrami ilə bağlı Aİ 3 ilə dialoqu bərpa etməyə hazır olduğunu bildirib

İran nüvə proqrami ilə bağlı Aİ 3 ilə dialoqu bərpa etməyə hazır olduğunu bildirib

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın nüvə proqramı ətrafında yaranmış vəziyyətin həllinə dair Aİ-3 ölkələri (Almaniya, Böyük Britaniya və Fransa) ilə danışıqlara yenidən başlamaq üçün ilk addımı atmağa və Berlin, London və Parisə səfər etməyə hazır olduğunu bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə Əraqçı "X" sosial şəbəkə hesabında yazıb.

“Mən bir daha diplomatiya təklif edirəm. Bu yaxınlarda Moskva və Pekində apardığım məsləhətləşmələrdən sonra mən ilk addımı atmağa, Paris, Berlin və Londona səfər etməyə hazıram. İran nüvə proqramı ilə bağlı ABŞ-la vasitəçili danışıqlara başlamazdan əvvəl mən bunu etməyə hazır idim, lakin Aİ-3 bundan imtina edib”, - deyə Əraqçı qeyd edib.

"İndi top "Avropa üçlüyü"nün meydançasındadır. Onların "xüsusi maraq" cəmiyyətlərinin pəncəsindən qurtulmaq və fərqli bir yol qurmaq imkanı var. Bu çəngəldə hara dönəcəyik, çox güman ki, gələcəyimizi müəyyən edəcək", - deyə o əlavə edib. İran Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, Tehranla üç Avropa ölkəsi arasında hazırkı münasibətlər ciddi tənəzzüldədir.

Aprelin 15-də "Tehran Times" qəzeti yazıb ki, Aİ3 ölkələri İranın nüvə proqramı ilə bağlı Tehran və Vaşinqton arasında danışıqlar prosesini sabotaj etməyə cəhd edə bilərlər, çünki onlar özləri də bu proqramda iştirak etməlidirlər. Nəşrin məlumatına görə, aprelin 12-də Omanda Amerika nümayəndə heyəti ilə danışıqların birinci raundu zamanı Əraqçi Vaşinqtondan snapback prosedurunun avropalılar tərəfindən aktivləşdirilməsinə imkan verməməyi xahiş edib, çünki bundan istifadə etmək iqtidarında olan yalnız onlardır.

İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planında (JCPOA) nəzərdə tutulan snapback proseduru 2015-ci ildə qəbul edilmiş JCPOA şərtlərinə əsasən, onun nüvə proqramı ilə əlaqədar Tehrana qarşı BMT Təhlükəsizlik Şurasının bütün sanksiyalarının bərpasını nəzərdə tutur.

Aprelin 19-da Romada Omanın vasitəçiliyi ilə İran və Amerika tərəfləri arasında danışıqların ikinci raundu keçirilib. Əraqçının sözlərinə görə, tərəflər bir sıra məsələlər üzrə daha geniş qarşılıqlı anlaşma əldə ediblər. İranın xarici işlər naziri ilə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff arasında növbəti danışıqlar aprelin 26-na təyin edilib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 24 Aprel 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see229

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see171

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see146

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see137

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri