İran: Nüvə silahı axtarmırıq
Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
İran lideri Əli Xameneyinin siyasi müşaviri Əli Şamxani ölkəsinin heç vaxt nüvə silahı axtarışında olmadığını bildirib.
"Cebheinfo.az" xəbər verir ki, Şamxani paytaxt Tehranda İran Elm və Sənaye Universitetində keçirilən Nüvə Sənayesi Sərgisinə səfəri zamanı ABŞ dövlət katibi Marko Rubionun iddialarına cavab verib. "İran heç vaxt nüvə silahı əldə etmək istəməyib və istəməyəcək.
Bununla belə, bütün gücü ilə siyasi və texniki ölçülərdə öz qanuni hüquqlarını müdafiə edir", - Şamxani bildirib. Ölkəsinin nüvə fəaliyyətlərində şəffaf və beynəlxalq öhdəliklərə uyğun davrandığını iddia edən Şamxani "Qlobal güclərin öz sözlərindən dönən və fəaliyyətsiz olan həddindən artıq hərəkətlərinə qarşı duracağıq",- deyib.
Nigar Hacılı
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 04 Fevral 2025 15:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















