İran ordusu və SEPAH Hind okeanında birgə raket təlimi keçirib
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İran Hərbi Dəniz Qüvvələri və İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələri Hind okeanının şimal bölgələrindəki hədəfləri partlatmaqla birgə raket əməliyyatı həyata keçirib.
Bakıvaxtı.az "Tasnim"ə istinadən xəbər verir ki, İran Ordusunun Quru Qoşunları, Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Hava Hücumundan Müdafiəsi Hind okeanının şimalından İranın cənub-şərqindəki Məkran sahillərinə qədər uzanan geniş ərazini əhatə edən Zolfaqar 1403 kod adlı genişmiqyaslı birgə döyüş oyununa başlayıb.
Raket əməliyyatı zamanı İran Hərbi Dəniz Qüvvələri və SEPAH Aerokosmik Qüvvələri Hind okeanının şimal hissələrində dəniz hədəflərini vurub. Hərbi Dəniz Qüvvələri və SEPAH qüvvələri dəniz hədəfini partlatmaq və batırmaq üçün müxtəlif ballistik və dəniz qanadlı raketləri işə salıb.
Təlimdə İran Ordusunun “Ərəş”, “Məhajer-6” və “Kaman-12” pilotsuz təyyarələri də hərəkətə keçərək müxtəlif və mürəkkəb əməliyyatlar keçirib, “Qaem-1” bombaları atıb.
“Arash” pilotsuz təyyarəsi isə 1200 kilometr uçduqdan sonra konkret hədəfi vura bilib.
Gülşən Şərif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 25 Fevral 2025 17:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















