Icma.az
close
up
RU
İran özünün düşmənçilik yolundan əl çəkməsə, iki ölkə arasındakı münasibətlər daha da pisləşəcək

İran özünün düşmənçilik yolundan əl çəkməsə, iki ölkə arasındakı münasibətlər daha da pisləşəcək

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“2 il əvvəl Tehranda səfirliyimizə edilmiş silahlı basqın molla rejiminin təşkilatçılığı ilə baş vermişdir. Məhz silahlı hücum zamanı 40 dəqiqə ərzində hüquq-mühafizə orqanıların ora gəlməməsi, səfirlik mühafizəçisinin hücum edənə heç bir müqavimət göstərmədən kənara çəkilməsi qurulmuş senari idi. Amma səfirliyimizin əməkdaşlarına gülləyə atılsa da, müqavimət göstərildi və həmin cinayətkarı tərksilah edərək İranın hüquq mühafizə orqanlarına təhvil verdi. Azərbaycan dövlətinə qarşı törədilmiş bu terror aktına İran dövləti tərəfindən ciddi yanaşılmamasının nəticəsidir ki, hadisədən iki il keçməsinə baxmayaraq hələ də cinayətkar layiqli cəzasını almayıb. İran dövləti müxtəlif yollarla cinayətkarı gizlətməyə və cəzadan yayındırmağa çalışdı. Amma dövlətimiz cinayətkarların edam cəzası ilə cəzalandırılmasında israrlıdır və bu məsələ iki dövlət arasında münasibətlərin gələcək inkişafına təsir göstərə bilər. İranda xırda cinayətkarların da edam cəzasına məhkum edilməsi sadə bir məsələdir. Amma səfirliyimizə edilmiş hücumun təşkilatçıları haqqında məlumat verilmir və terrorçu layiqli cəzasını almır”.

Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanla İran arasındakı münasibətlər tarixin minimumuna enmişdir.

Azər Badamov

“İran Ermənistana və Qarabğdakı keçmiş separatçılara açıq şəkildə dəstək göstərməyə davam etmişdi. Dövlət orqanlarımız İranın bu hərəkətlərini faktlarla ifşa etdi. Sonra sərhəddə hərbi təlimlərin keçirilməsinə başlandı. Təbii ki, biz də adekvat addımlar atdıq və heç nədən qorxmadığımızı və lazım gələndə adekvat cavab verməyə hazır olduğumuzu nümayiş etdirdik. İran hərbi demarşların bir nəticə vermədiyini görüb səfirliyimizə hücum təşkil edərək xalqımızı qorxutmağa çalışdı. Dövlətimiz səfirliyimizi bağladı və əməkdaşlarımızı geri çağırdı. İndi İran trərəfinin yüksək səviyyədə xahişilə səfirliyimiz yeni binada fəaliyyətini bərpa edib. Amma İranın təxribat əməlləri dayanmır və Ərdəbil mollaların əli iə öz qəzəbini sərgiləryir. Azərbaycan dövləti səfirliyimizə hücum edən caninin edamını gözləyir. Əgər İran özünün düşmənçilik yolundan əl çəkməsə, iki ölkə arasındakı münasibətlərin daha da pisləşəcəyini hesab edirəm.

Əslində Azərbaycan İran üçün etibarlı tərəfdaşdır. İqtisadi əməkdaşlığımızın genişləndirlməsi üçün geniş imkanlar var və hökumətlərarası komissiya bu imkanların reallaşdırılmasına çalışır. Təbii ki, iqtisadi əməkdaşlığımız qarşlıqlı fayda üzərində qurulur. Siyasi münasibətlərin inkişafı İranın özünün bizə qarşı münasibətindən asılıdır. Təbii ki, İran siyasi münasibətlərində yaranmış çatların aradan qaıldırılmasına cəhd edərsə, ölkəmiz də bu istiqamətdə əməkdaşlığa hər zaman hazırdır. Azərbaycan Ermənistandan fərqli olarq öz ərazilərində NATO-nun bazalarını yaratmağa cəhd etmir”-deyən deputat vurğulayıb ki, dövlətimiz müstəqil siyasət yürüdür və siyasətimiz heç bir dövlətin maraqlarının əksinə deyil, bu baxımdan İranın da Azərbaycana qarşı baxışlarını dəyişməyin tam zamanıdır.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 27 Yanvar 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see289

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see170

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see165

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see152

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see146

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri