Icma.az
close
up
RU
İran parçalansa, iki ölkə ərazisinin bir hissəsini itirəcək Ardınca isə… KONKRET

İran parçalansa, iki ölkə ərazisinin bir hissəsini itirəcək Ardınca isə… KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Son vaxtlar beynəlxalq mediada “İran üç yerə bölünəcək” tezisi tirajlanır. Bu fikir İranın gələcəkdə siyasi və coğrafi baxımdan üç əsas hissəyə ayrılması ehtimalını gündəmə gətirir. İddialara görə, bu bölgü ölkədəki müxtəlif etnik qrupların yaşadığı əraziləri əhatə edəcək və hər bir hissə özünəməxsus milli və mədəni kimlik əsasında formalaşacaq. Bu cür mümkün ssenari regionun geosiyasi mənzərəsini köklü şəkildə dəyişə, həmçinin ətraf ölkələrin maraq və təhlükəsizlik balansına ciddi təsir göstərə bilər.

Bəs bu “üç yer” dedikdə konkret olaraq İranın hansı coğrafiyaları və etnik qrupları nəzərdə tutulur?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan politoloq Şahin Cəfərli bildirib ki, İranın parçalanacağı ilə bağlı fikir yürütmək asan olsa da, bu ssenarinin reallıqda baş verəcəyini söyləmək çətindir:

“Bunun gerçəkləşməsi sual altındadır. “İran üç yerə bölünəcək” deyənlər adətən ölkədəki əsas etnik bölgüləri fars, türk və kürd ərazilərini nəzərdə tutur. Ancaq İran daxilində rejim dəyişikliyi olsa belə, fars elitasının ölkənin parçalanmasında maraqlı olacağı inandırıcı deyil. İkincisi, türk elitası, yəni azərbaycanlılar bu prosesdə maraqlı olacaqmı? Bu suala birmənalı cavab vermək çox çətindir.

İranın parçalanmasında ən çox maraqlı olan qrup kürdlərdir. Kürdlər bu ssenariyə digər etnik qruplarla müqayisədə daha çox hazırdır. Uzun illərdir ki, İranın qərb vilayətlərində PKK-nın İran qolu olan PJAK fəaliyyət göstərir. Belə bir bölünmə baş verərsə, kürdlər prosesin ön sıralarında olacaq”.

Politoloq bildirir ki, belə parçalanma müxtəlif etnik qruplar, xüsusilə kürdlərlə azərbaycanlılar arasında ciddi qarşıdurma riski yarada bilər:

“Kürdlər “Böyük Kürdüstan” ideyasına əsasən, Qərbi Azərbaycan vilayətini də bu layihənin şərq vilayəti kimi təqdim edirlər. Qərbi Azərbaycan vilayəti isə İraq Kürdüstanı ilə sərhəddə yerləşir. Əgər kürdlər İranda dövlət qurmağa yönəlik ciddi addımlar atsalar, bu, onların İraq Kürdüstanı ilə coğrafi baxımdan birləşməsinə yol aça bilər. Bu isə İranın qan gölünə çevrilməsi deməkdir. Belə bir vəziyyət nə İran, nə Azərbaycan, nə də Türkiyə üçün arzuolunandır.

Fikrimcə, İran üçün ən məqbul və sabitlik yaradan çıxış yolu federal idarəetmə modelidir. Yəni qarşılıqlı razılaşma əsasında bütün etnik qrupların təmsil olunduğu və hüquqlarının qorunduğu federativ bir sistemin yaradılması mümkündür və daha real görünür”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://konkret.az
archiveBu xəbər 20 İyun 2025 09:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri