Icma.az
close
up
RU
İran parlamentarisi ABŞ və İsrailə meydan oxudu

İran parlamentarisi ABŞ və İsrailə meydan oxudu

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komitəsinin sədri Ebrahim Əzizi ABŞ-nin təhdidlərinə cavab olaraq vəd edib ki, iranlılar ölkə ərazisinə soxulan hər kəsin ayağını kəsəcəklər.

Oxu.Az bu barədə IRNA-ya istinadən xəbər verir.

"Əgər hər hansı təcavüzkarın ayağı İranının müqəddəs ərazisinə qədəm qoyarsa, biz bu ayağı kəsəcəyik. İslam inqilabının təliminə görə, biz heç bir müharibənin təşəbbüskarı olmamışıq, lakin təcavüzkarlara qətiyyətlə və sərt şəkildə qarşı durmağı öyrənmişik. Sionist rejimi (İsrail nəzərdə tutulur - red.) və ABŞ bilməlidirlər ki, əgər onlar uydurma bəhanə ilə milli təhlükəsizliyimizə azacıq da olsa zərər vurmağa cəhd etsələr, dünyanın heç bir yerində özlərini təhlükəsiz hiss etməyəcəklər", - deyə İran parlamentarisi bəyan edib.

Əzizinin sözlərinə görə, ABŞ və ya İsraillə əməkdaşlıq edən hər hansı dövlət İran tərəfindən döyüş hədəf kimi qəbul ediləcək.

Martın 30-da ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, nüvə proqramı ilə bağlı danışıqlarda heç bir irəliləyiş əldə edilməzsə, iki həftə sonra İrana qarşı ikinci dərəcəli rüsumlar tətbiq etmək niyyətindədir. O, sazişin bağlanmasından tam imtina ediləcəyi təqdirdə İranı görünməmiş bombardmanlarla təhdid edib. Öz növbəsində, İranın Ali lideri Əli Xamenei Trampın təhdidlərinə cavab olaraq qeyd edib ki, ABŞ-nin hərbi müdaxiləsinin mümkünlüyünə inanmır, lakin Vaşinqton ölkə daxilində üsyan qaldırmağa cəhd etsə, sərt cavab alacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://oxu.az
archiveBu xəbər 02 Aprel 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see363

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see346

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see307

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see275

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see254

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see221

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see211

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see208

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see201

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see200

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see192

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see187

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see185

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see176

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see174

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see174

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see173

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see170

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see168

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri