Icma.az
close
up
RU
İran parlamentinin deputatı: Azərbaycan mühüm qonşu dövlətdir

İran parlamentinin deputatı: Azərbaycan mühüm qonşu dövlətdir

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 28 aprel, AZƏRTAC

İran ilə Azərbaycan arasında neft və qaz sahəsində əməkdaşlıq davam edir. İki ölkə arasında neft yataqları sahəsində və strateji səviyyədə əməkdaşlıq üçün yaradılan işçi qrupu fəaliyyətini davam etdirir.

AZƏRTAC xəbər verir ki, bu sözləri İran İslam Şurası Məclisinin (Parlament) Enerji komitəsi sədrinin müavini Ramazan Əli Sangdevni İRNA xəbər agentliyinə verdiyi açıqlamada deyib. O bildirib ki, dünya iqtisadiyyatında enerjinin əhəmiyyətli rolunu nəzərə alaraq, qonşu ölkələr arasında əməkdaşlıq əlaqələrini artırmaq perspektivdə hər iki dövlətin inkişafına mühüm təsir göstərə bilər.

İran parlamentinin deputatı deyib: “İran azərbaycanlı sərmayədarları həvəsləndirib ölkəyə cəlb edə bilər, sərmayə yatırmaları üçün imkanlar yaradar ki, bu da dövlətlər arasında enerji, emal sənayesi, turizm, yeni texnologiyalar, kənd təsərrüfatı, nəqliyyat və tranzit sahələrindəki əməkdaşlıq əlaqələrini daha da artırar”.

O vurğulayıb ki, hər iki ölkə Xəzər dənizinin sahilində yerləşdiyi üçün dənizçilikdə, dəniz ticarəti sahələrində də qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurula bilər. Bu, tərəflər üçün olduqca faydalıdır: “Prezident Pezişkianın siyasətinin əsasında qonşu dövlətlərlə yaxın əməkdaşlıq əlaqələri qurub, sərhədyanı regionları inkişaf etdirmək, ticarəti tənzimləmək dayanır. Bu baxımdan Azərbaycan mühüm qonşu dövlətdir. Azərbaycanın iqtisadi potensialı var və İranın Ərdəbil, Qərbi və Şərqi Azərbaycan ostanlıqları ilə (vilayətlərinə) idxal-ixrac əməliyyatlarını artırmaq olar”.

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin fəaliyyətinə toxunan İran parlamentinin üzvü bildirib ki, hər iki dövlət dəmir yolu vasitəsilə Fars körfəzi və Avropa arasında körpü rolunu oynaya bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Aprel 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see339

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see337

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see333

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see273

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see268

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see265

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see263

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see259

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see258

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see244

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see219

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see213

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see212

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see212

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see208

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see206

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see205

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri