İran Prezidenti: ABŞ hücumlardan əvvəl İsrailə kəşfiyyat məlumatı verib
525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ və Avropanın bir sıra ölkələri İsrailə İrana hücumlar etməzdən əvvəl kəşfiyyat məlumatı verib.
525.az "Report"a istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Nazirlər Kabinetinin iclasında deyib.
"Bu vəhşi hücumların qarşısını almaq əvəzinə, biz onların, ABŞ və Avropanın bir sıra ölkələrinin İsrailə necə siyasi dəstək, o cümlədən silah və kəşfiyyat məlumatları ilə yardım etdiyini görürük. Bu gün İsrailin ixtiyarında olan və bizə qarşı istifadə etdiyi təyyarələr, raketlər və silahlar eyni dövlətlər tərəfindən təmin edilib", - Pezeşkian bildirib.
Onun sözlərinə görə, Amerika rəsmilərindən biri İranın xarici işlər naziri Abbas Əraqçi ilə söhbətində deyib ki, İsrail ABŞ-nin icazəsi olmadan heç bir hərəkətə qadir deyil”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 15 İyun 2025 17:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















