İran prezidenti oğluna da yüksək vəzifə verdi FOTO
Icma.az bildirir, Unikal.az portalına istinadən.
İran prezidenti Məsud Pezeşkian oğluna hökumətdə yüksək vəzifə verib.
"Unikal" İran KİV-lərinə istinadən xəbər verir ki, İran liderinin böyük oğlu Yusif Pezeşkian Prezident Administrasiyasının rəhbərinin müşaviri və media üzrə köməkçisi təyin edilib.
Məlumata görə, o, bu vəzifəyə Prezident Aparatının rəhbəri Möhsün Hacı Mirzayi tərəfindən təyinat alıb. Qeyd olunub ki, Pezeşkianın oğlu Texnologiya Universitetinin doktorantıdır.
Xatırladaq ki, müddət öncə isə Məsud Pezeşkianın kürəkəni Həsən Məcidiyə də Prezident Administrasiyasının xüsusi köməkçisi vəzifəsinə təyinat verilib.
Baxış sayı:125
Bu xəbər 28 Noyabr 2024 16:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















