İran Prezidenti: Ölkəmizdə bəziləri hətta bizim özümüzü də qəbul eləmirlər
Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bütün ölkələrdə bəziləri danışmamalı olduqları sözləri danışır və çərçivələri sındırır, pozurlar. Bizim ölkəmizdə bəziləri hətta bizim özümüzü də qəbul eləmirlər.
Bakıvaxtı.az xəbər verir ki, bunu İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian AzTV-yə müsahibəsində Azərbaycanın Tehrandakı səfirliyinə hücumdan sonra iki ölkə arasında yaranan münasibətlərə dair sualı cavablandırarkən deyib.
“Biz - siyasi və ictimai elita çalışmalıyıq ki, bəzilərinin düşünülməmiş hərəkətləri yuxarılara təsir etməsin. Uşaqlıq illərimizdə bir-birimizlə dalaşar, sonra barışardıq. Ancaq böyükləri işə cəlb eləyəndə onlar küsülü qalırdı”, - İran Prezidenti qeyd edib.
Məsud Pezeşkian Azərbaycan vətəndaşlarına arzularını çatdırıb: “Biz böyüklər uşaqların davası ilə və əlaqələrimizə xələl gətirmək istəyən bəzilərinin təsiri altına düşməməliyik. Bütün vücudumuzla Azərbaycandakı bacı-qardaşlarımızı sevir, onları özümüzdən hesab edirik. Bütün əzizlərimizə başıucalıq, izzət və müvəffəqiyyət arzu edirik”.
Baxış sayı:131
Bu xəbər 28 Aprel 2025 00:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















