Icma.az
close
up
RU
İran prezidenti Pezeşkian: Biz ciddi su böhranı yaşayırıq

İran prezidenti Pezeşkian: Biz ciddi su böhranı yaşayırıq

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

İran prezidenti Məsud Pezeşkian ölkədə su qıtlığının olduğunu bəyan edib və ehtiyatlardan iqtisadi istifadə edilmədiyi təqdirdə bu mövzuda problemlərlə üzləşəcəkləri barədə xəbərdarlıq edib.

Bizimyol.info “AA”ya istinadən xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, paytaxt Tehranda 17 milyard dollarlıq enerji investisiya layihəsinin imzalanma mərasimində çıxış edən Pezeşkian ölkənin enerji probleminə və bunun nəticəsində bir neçə ay əvvəl baş vermiş elektrik kəsintilərinə toxunub.

Pezeşkiyan bildirib ki, enerji sektorunda həddindən artıq və əsassız istehlak cəmiyyətin fundamental problemlərindən biridir: “Biz enerji sektorunda qıtlıq və balanssızlığın yaratdığı problemləri idarə edərək, həddindən artıq istehlakın qarşısını almaqla həll etməliyik və bunu xalqın əməkdaşlığı və iştirakı ilə mütləq edəcəyik”, - deyə qiymətləndirmə aparıb.

Pezeşkian elektrik enerjisinin kəsilməsinə görə yenidən ictimaiyyətdən üzr istəyib, çətin qış dövrü keçirdiklərini ifadə edən Pezeşkiyan belə davam edib: “Çətin bir qışı geridə qoyduq. Tankerlərimizdəki qaz ehtiyatları elektrik stansiyalarının tələbatını ödəməyə kifayət etmirdi. Təbii ki, Neft və Energetika Nazirliyindəki dəyərli həmkarlarımız böyük zəhmətlə hasilatı artırmaq və bu çətin dövrü bağlamaqla yol verilən nöqsanları aradan qaldıra bildilər və əhali qışda qazsız qalmadı.Elektrik kəsintilərinə görə ictimaiyyətdən bir daha üzr istəyirəm”.

Pezeşkiyan ölkədə quraqlıq və həddindən artıq istehlak nəticəsində yaranan su qıtlığına da diqqət çəkib: “Hazırda ciddi su böhranı yaşayırıq. Düzgün istifadə etməsək, mütləq problemlər yaşayacağıq. Planlarımızı həyata keçirmək üçün bizə optimal su sərfiyyatı kampaniyası lazımdır”, - deyə qeyd edib.

İranda davam edən quraqlıq səbəbindən bəndlərdə suyun səviyyəsinin aşağı düşdüyü bildirilib.

Tehranın Su İdarəsi martın 6-da verdiyi açıqlamada yay aylarında suyun kəsilməsinin qarşısını almaq üçün əhalini istehlakını 20 faiz azaltmağa çağırıb.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 08 Mart 2025 20:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri