İran prezidenti tibdə süni intellektin tətbiqini istədi: Həkimlərə ehtiyac olmayacaq
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
İran Prezidenti Məsud Pezeşkian ölkənin səhiyyə sistemində süni intellekt (Sİ) də daxil olmaqla yeni texnologiyaların tətbiqinin vacibliyini bəyan edib. Onun sözlərinə görə, Sİ imkanlarından istifadə xərcləri azaltmağa və əhaliyə göstərilən tibbi xidmətlərin sürətini və keyfiyyətini artırmağa imkan verəcək.
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verir.
Bildirilir ki, Sİ-nin tətbiqi, xüsusilə ixtisaslı tibb mütəxəssislərinin kəskin çatışmazlığı müşahidə olunan İran əyalətlərində aktual ola bilər.
"Əgər bir çox sektorlarda, səhiyyə və tibbi xidmətlərdə vəzifələr süni intellektdən istifadə edilərək yerinə yetiriləcəksə, mütəxəssis çatışmazlığı olan əyalətlərdə həkimlərə ehtiyac olmayacaq", - deyə prezident vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 29 Yanvar 2025 15:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















