Icma.az
close
up
RU
İran proksiləri əvvəlki gücə sahib deyil

İran proksiləri əvvəlki gücə sahib deyil

Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.

Dekabrın son günlərindən İranda kütləvi iğtişaşlar davam edir. Daxili narazılıqlar fonunda ABŞ və İsrailin Tehrana ünvanladığı açıq və dolayı hərbi təhdidlər ölkədəki siyasi gərginliyi daha da dərinləşdirib. Bu proseslər fonunda mühacirətdə olan və Pəhləvi sülaləsinin varisi kimi tanınan Rza Pəhləvi yenidən aktivləşib. Hazırkı iğtişaşlar molla rejiminin real şəkildə süqutuna gətirib çıxara bilərmi? Əgər molla rejimi devrilərsə və Rza Pəhləvinin rəhbərliyi ilə şah rejimi bərpa olunarsa, İranın idarəçilik modelində hansı əsas dəyişikliklər baş verə bilər və orda yaşayan soydaşlarımızın aqibəti necə olar?

Xalqcebhesi.az-a danışan politoloq Bakir Həsənbəyli deyib ki, İranın qurduğu proksi sistemi nə regional hegemonluq gətirdi, nə də ölkə daxilində rifah. Əksinə bu ideologiya sosial problem, iqtisadi tənəzzül və daxili qarşıdurmalar gətirdi. İranın regional strategiyası nəzarətə əsaslanır.

Müxtəlif ölkələrdə silahlı və ideoloji strukturlar yaradıldı. Hizbullah, HƏMAS, Həşdi-Şabi qpupları İran üçün təhlükəsizlik məsələsi yox, ideoloji xəttə çevrildi. Bu imperiya xalqın hesabına qurulmuşdu. Bunlar sanksiyalar altında boğulan İran iqtisadiyyatı fonunda həyata keçirilirdi. Nəticədə İran cəmiyyətində narazılıq təkcə iqtisadi deyil, ideoloji xarakteri daşıdı. 12 günlük müharibə İran üçün ciddi dönüş nöqtəsi oldu.

Bu qarşıdurma göstərdi ki, İran proksiləri əvvəlki gücə sahib deyil. Tehran regionda təşəbbüsü itirib. Bu, yoxsulluğun ifadəsidir. Xamenei artıq 88 yaşındadır və İran daxilində geniş qəbul olunur ki, ali rəhbərin siyasi proseslər üzərində real nəzarəti zəifləyib. Güc mərkəzləri arasında koordinasiya pozulub. Təhlükəsizlik və xarici siyasət üzərində real nəzarət SEPAH və ali rəhbər aparatının əlindədir. Prezidentin fəaliyyəti hər tərəfdən qırmızı xətlərlə məhdudlaşıb. İranın qarşısında bir yol var postxamenei mərhələsində dövləti xilas etməyə çalışmaq. Bu gün əsas sual budur: İran imperiya xəyallarından imtina edib öz xalqını seçə biləcəkmi? Mövcud durum İranın çoxsaylı etnik quruluşu fonunda daha da çətinləşir. Proksi müharibələrinə xərclənən milyardlar onunda mərkəzdənqaçma meyilləri daha qabarıq görünməyə başlayıb. Politoloq qeyd edib ki, ən təhlükəli ssenari isə xarici proksi imperiyasının çökməsi və postxamenei dövründə mərkəzi hakimiyyətin zəifləməsidi. Bu fonda Pəhləvilərin ortaya siyasi iradə qoyma cəhdləri isə bu gün də davam edən etiraz aksiyalarında nəticəsiz olacaqdır. Düzdür bəzən şah rejiminə keçid tərəfdarlarının bu istiqamətdə müsbət reaksiyalarını eşitmək olur. Unutmayaq ki, İran əhalisinin 65%-I bu rejimin zamanında doğulanlardır və müasir həyatı arzulayırlar. Lakin unudurlar ki, trokratik rejimlə şah rejimi bir medalın iki üzüdür. Əslində bu gün Pəhləvilərin hakimiyyətə dönüşü və monarxiyanın bərpası mümkün variant kimi görünmür. Şahın oğlunun etiraz çağırışları cəmiyyət tərəfindən cididyə alınmır. Bu vəziyyət onu göstərir ki, İranda mövcud teokratik rejimin dağılması monarxiyanın bərpası ilə nəticələnməyəcək.

Cavid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 08 Yanvar 2026 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see535

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see496

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see368

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see283

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see278

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see271

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see269

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see263

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see261

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see242

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see240

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see240

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see236

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see224

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see215

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see211

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see206

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see188

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see182

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri