İran qaçaq yanacaq daşıdığı iddiası ilə 2 tankeri müsadirə edib
Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Fars körfəzində 1 milyon litrdən çox qaçaq yanacaq daşıdığı iddia edilən iki tankeri müsadirə edib, 15 nəfər xarici heyət üzvünü saxlayıb.
Xalqcebhesi.az xəbər verir ki, İran dövlət televiziyasına açıqlama verən SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin 2-ci bölgə komandanı Heydər Hüneriyan Mücərrəd məsələ ilə bağlı məlumat verib.
Mücərrəd bildirib ki, Farisi adası yaxınlığında yanacaq qaçaqmalçılığı ilə məşğul olan iki gəmi ələ keçirilib. Gəmilərdə daşınan 1 milyon litrdən artıq qaçaq yanacaq aşkar edilib və 15 nəfər xarici mürettebat üzvü saxlanılıb.
İranlı rəsmi müsadirə edilən tankerlərin bayrağı və saxlanılan şəxslərin vətəndaşlığı barədə məlumat verməyib. O əlavə edib ki, saxlanılan şəxslər hüquqi prosedurlar üçün məhkəmə orqanlarına təhvil verilib.
Məryəm Quliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 05 Fevral 2026 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















