Icma.az
close
up
RU
İran qaynayır, İsrail və ABŞ pusquda: Tehran rejiminin xilas yolu varmı?

İran qaynayır, İsrail və ABŞ pusquda: Tehran rejiminin xilas yolu varmı?

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

İranda etiraz aksiyaları davam edir. 2025-ci ilin son günlərindən başlayan aksiyalar artıq dördüncü gecədir ki, səngimir. Paytaxt Tehran başda olmaqla Həmədan, Yəsuc, Kuhdəşt, Rəşt və digər şəhərləri əhatə edən etirazlar ölkə üzrə geniş vüsət alıb. İran təhlükəsizlik qüvvələri aksiyaların qarşısını almaq üçün gücləndirilmiş təhlükəsizlik tədbirləri tətbiq edib. Bir sıra şəhərlərdə gözyaşardıcı qazdan, su şırnaqlarından və xüsusi təyinatlı bölmələrdən istifadə olunduğu deyilir. Xeyli sayda saxlanılan var.

Rəsmi dairələr əhaliyə sükut və dialoq çağırışları etsə də, hakimiyyət orqanları indiyədək böhranın aradan qaldırılması ilə bağlı konkret iqtisadi və ya sosial yol xəritəsi təqdim etməyib. Bu isə ictimai narazılığı daha da artırır.

Aksiyalar İran rialının kəskin dəyərdən düşməsinə, qiymətlərin sürətlə artmasına, işsizliyə və ümumi sosial-iqtisadi vəziyyətin ağırlaşmasına etiraz olaraq başlasa da, əslində baş verən proses nə qəfil, nə də gözlənilməzdir. İranda illərdir yığılıb qalan və artıq gizlədilməsi mümkün olmayan problemlər mövcuddur. Bu problemlər müəyyən dövrlərdə məhz bu cür etirazlar və iğtişaşlar formasında üzə çıxır. Ölkə iqtisadiyyatı ardıcıl şəkildə geriləyir, İran rialı dollar qarşısında rekord səviyyədə dəyər itirir, inflyasiya isə əhalinin gündəlik həyatını iflic edir. Sosial-iqtisadi narazılığın əsas sosial bazasını daha çox orta təbəqə və aşağı gəlirli qruplar təşkil edir. Vəziyyət elə bir həddə çatıb ki, artıq adi yaşayış tərzi belə lüksə çevrilib. Bu fonda cəmiyyətlə hakimiyyət arasında kommunikasiya faktiki olaraq dağılmış vəziyyətdədir.

İqtisadi böhranla paralel olaraq etnik və mərkəz–əyalət münasibətlərindəki gərginlik də dərinləşir. Xüsusilə Güney Azərbaycan türkləri başda olmaqla, kürdlər, ərəblər və digər etnik qruplar arasında mərkəzi hakimiyyətə qarşı narazılıq sistemli xarakter alıb. Burada məsələ təkcə mədəni və dil hüquqları ilə məhdudlaşmır. İqtisadi ayrı-seçkilik, regional inkişafın qeyri-bərabərliyi və siyasi təmsilçilik problemləri etnik kimliklə birləşərək daha təhlükəli sosial vəziyyət formalaşdırır.

Əslində mövcud vəziyyəti ən dəqiq şəkildə İran Prezidenti Məsud Pezeşkianın özü ifadə edir. O, ölkədə keçirilən etiraz aksiyaları ilə bağlı çıxışında bildirib ki, ictimai narazılığı aradan qaldırmaq üçün hökumət effektiv xidmətlər göstərməli, resursları düzgün idarə etməli, iqtisadi və sosial problemlərə praktik həll yolları tapmalıdır. Lakin bütün bunlar İranda baş vermədiyi kimi, bir çox hallarda narazılıqlar etnik faktorla alovlanaraq daha da nəzarətdən çıxan forma alır. Tarixdə bunun çoxsaylı nümunələri mövcuddur.

Hazırkı aksiyaları hələlik genişmiqyaslı xalq üsyanı kimi qiymətləndirmək tezdir. Mövcud vəziyyət daha çox “nəbz yoxlama” mərhələsini xatırladır. Həm daxili aktorlar, həm də xarici güclər İran cəmiyyətinin nə dərəcədə dözümlü və nə qədər mobilizə oluna bilən olduğunu test edir.

İranın uranın zənginləşdirilməsini dayandırmaması, İsraillə davam edən açıq və gizli qarşıdurma, eləcə də Tehranın uzlaşmaz regional siyasəti Vaşinqton və Təl-Əviv üçün mövcud rejimi strateji təhlükə statusuna gətirib. Bununla belə, İranla birbaşa və total müharibə ssenarisi nə ABŞ, nə də İsrail üçün optimal variant sayılır. Belə bir müharibə həm iqtisadi baxımdan son dərəcə bahalı, həm də regionu uzunmüddətli xaosa sürükləyə biləcək nəticələr doğura bilər.

Əgər mövcud sosial-iqtisadi böhran daha da dərinləşər, etnik narazılıqlar mərkəzlə koordinasiyasız şəkildə genişlənər və təhlükəsizlik aparatının nəzarət imkanları zəifləyərsə, İran “rəngli inqilab” tipli ssenari ilə üz-üzə qala bilər. Bu proses klassik küçə etirazlarından fərqli olaraq, uzunmüddətli, mərhələli və müxtəlif sosial qrupları birləşdirən xarakter daşıya bilər. Nepal, Madaqaskar və digər ölkələrdə müşahidə olunan “zəncirvari Z inqilab” modelləri göstərir ki, bu cür proseslər bir anda baş vermir, lakin uyğun siyasi və iqtisadi şərait formalaşdıqda sürətlə geri dönməz fazaya keçir.


Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 02 Yanvar 2026 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see227

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see195

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see172

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see167

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see158

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see154

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see154

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see153

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see147

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see147

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see140

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see139

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see137

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri