“İran Qətər əmirinə çox minnətdar olmalıdır O, Tehrana ölümcül zərbə endirməyimizi istəmir”
Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
Qətər əmiri Şeyx Təmim bin Həməd əl-Tani ABŞ-ni İranın nüvə proqramı ətrafında yaranan böhranın hərbi yolla həllindən çəkindirməkdə mühüm rol oynayıb.
TASS-ın xəbərinə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp Dohada ABŞ və Qətərin işgüzar dairələrinin nümayəndələri ilə görüşündə bildirib.
"İranın bəxti gətirib ki, onun əmiri var. Çünki o, həqiqətən onlar üçün mübarizə aparır. O, Tehrana ölümcül zərbə endirməyimizi istəmir və daima deyir ki, İran saziş imzalaya bilər, İran saziş imzalaya bilər", - deyə Tramp qeyd edib.
"Hesab edirəm ki, İran əmirə çox minnətdar olmalıdır, çoxları mənə sadəcə olaraq zərbə endirməyi məsləhət görürlər, çünki bizi heç kim məğlub edə bilməz. Dünyada ən güclü ordu ABŞ-dədir, nə Çində, nə də Rusiyadadır", - deyə ABŞ prezidenti iddia edib. (Oxu.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 15 May 2025 20:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















