İran raket proqramı və uranın zənginləşdirilməsindən imtina etməyəcək
Icma.az, Azpolitika.az saytına istinadən bildirir.
İran raket proqramı, həmçinin uranın zənginləşdirilməsindən imtina etməyi planlaşdırmır və ABŞ ilə birbaşa danışıqlar aparmaq istəmir.
"Report"un "Mehr"ə istinadən məlumatına görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
"Biz nüvə proqramımızla bağlı narahatlıqları aradan qaldırmaq üçün danışıqlar aparmağa hazırıq. Bu proqram sülh xarakteri daşıyır. Bu barədə ədalətli razılaşmaya gəlmək olar, lakin Vaşinqton qeyri-mümkün və qəbuledilməz şərtlər irəli sürüb", - XİN başçısı bildirib.
O, həmçinin vurğulayıb ki, İran öz raket proqramı ilə bağlı danışıqlar aparmaq niyyətində deyil: "Öz silahından imtina etmək axmaqlıq olardı".
A.Əraqçi yenidən vurğulayıb ki, Tehran uran zənginləşdirməsini dayandırmayacaq və prinsip etibarilə Vaşinqtonla birbaşa danışıqlara hazır deyil: "Dolayı dialoq vasitəsilə razılaşmaya nail olmaq mümkündür".
İran XİN başçısı, həmçinin İsrailin endirdiyi zərbələrdən (bu ilin iyununda - red.) sonra zənginləşdirilmiş uranın taleyindən bəhs edib:
"Nüvə materialları bombalanmış nüvə obyektlərinin dağıntıları altında qalır və başqa yerə köçürülməyib. Bizim nüvə infrastrukturumuz və avadanlıqlarımız zədələnib, lakin texnologiyalarımız toxunulmaz qalıb".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 01 Noyabr 2025 18:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















