İran raketlərin üzərinə Avropa liderinin şəklini yapışdırdı
Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
İran ordusu İsrail və regiona yönəlmiş hücumlarında istifadə etdiyi raketlərin üzərinə İspaniyanın Baş naziri Pedro Sançesin fotoşəkillərini və təşəkkür mesajlarını yapışdırıb. Raketlərin üzərindəki afişalarda "Təşəkkürlər, cənab Baş nazir" ifadəsi yer alıb. İran rəsmiləri bu addımı müharibəyə qarşı çıxan və ABŞ-nin ölkəsindəki hərbi bazalarından istifadəsinə icazə verməyən Sançesə bir "hörmət nişanəsi" kimi qiymətləndiriblər.
Milli.Az xəbər verir ki, İranın 75-ci dalğa hücumları zamanı atılan bəzi raketlərin üzərində Sançesin fotosu ilə yanaşı, onun müharibəni "insanlıqdan kənar" adlandıran sözlərinə də istinad edilib. Sosial mediada paylaşılan görüntülərdə ingilis dilində "Thank you, Prime Minister" yazıldığı diqqət çəkib.
İspaniya hökuməti ABŞ-nin ölkədəki hərbi bazalarından İrana qarşı hücumlar üçün istifadə etməsinə icazə verməyib. Bu qərar NATO daxilindəki çatı dərinləşdirsə də, Tehran rəhbərliyi tərəfindən böyük rəğbətlə qarşılanıb. Sançes öz qərarını müdafiə edərkən 2003-cü il İraq işğalına toxunub:
"Keçmişin səhvləri təkrarlanmamalıdır."
ABŞ Prezidenti Donald Trampın hədəf aldığı Sançes İrana qarşı mümkün müharibəni "fövqəladə dərəcədə böyük bir səhv" adlandırıb. O, vurğulayıb ki, müttəfiq ölkələr bir-birlərinin səhvlərini açıq şəkildə deməyi bacarmalıdırlar.
Lalə Qüdrətova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:177
Bu xəbər 24 Mart 2026 00:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















