İran razılaşmasa, heç vaxt görmədiyiniz bombardmanlar olacaq Tramp
Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ İranla birbaşa danışıqlar aparır.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ lideri Donald Tramp İsrailin baş naziri ilə keçirdiyi mətbuat konfransında bildirib.
Tramp bildirib ki, tərəflər nüvə proqramı ilə bağlı razılığa gələ bilməsələr, İran böyük təhlükə ilə üzləşəcək: "Biz İranla birbaşa danışıqlar aparırıq, bu proses artıq gedir və şənbə günü də davam edəcək. Çox vacib görüşümüz olacaq. Görək nə baş verir. Düşünürəm ki, hamı razılaşır ki, razılaşma əldə etmək faydalı olacaq. Əgər İran razılaşmazsa, əvvəllər heç görmədiyiniz kimi bombardmanlar olacaq".
Tramp Rusiya-Ukrayna müharibəsindən də danışıb: "Rusiya ilə tariflərdən danışmamağımızın səbəbi odur ki, biz onlarla iş aparmırıq, çünki onlar müharibədədirlər. Biz Rusiya ilə görüşürük, Ukrayna ilə görüşürük və deyəsən, razılaşmaya yaxınlaşırıq, amma mən son bir həftədə baş verən bombardmanlardan razı deyiləm. Bu, dəhşətlidir".
Ağarza Elçinoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 08 Aprel 2025 11:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















