İran regionda qırmızı xətlərini qoruyub saxlayacaq Səfir
Icma.az, Unikal.az saytına istinadən bildirir.
İran İslam Respublikası regionda elan etdiyi qırmızı xətlərini qoruyub saxlayacaq və onlardan kənara çıxmayacaq.
"Unikal" xəbər verir ki, bu barədə İranın Ermənistandakı səfiri Mehdi Sobhani bu gün keçirdiyi mətbuat konfransında açıqlayıb.
"Qırmızı xətlər bizim həyati xətlərimizdir və İranın qırmızı xətlərdəki mövqeyi heç vaxt dəyişməyəcək. Təbii ki, biz imkanlar dünyasında yaşayırıq və bəzi ehtimallar narahatedici ola bilər. Bununla belə, biz reallıqlar və faktlarla məşğul oluruq, ayıq-sayıqlığımızı qoruyuruq. Düşünürəm ki, Ermənistan hökuməti də hadisələrin gedişatını izləyir.
İran müharibənin genişlənməsinə can atmır, lakin istənilən ssenariyə hazırdır. Biz bu müharibənin bizə məcbur edilmədikcə başqa ölkələrə və ya bölgələrə yayılmasını istəmirik", - deyə o qeyd edib.
Ağarza Elçinoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 17 İyun 2025 18:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















