Icma.az
close
up
RU
İran rejimi müharibədən sonra repressiyalara start verdi Wall Street Journal

İran rejimi müharibədən sonra repressiyalara start verdi Wall Street Journal

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ və İsrailin hava zərbələri dayanar-dayanmaz, İranın dini rəhbərləri və təhlükəsizlik strukturları sığınacaqlardan çıxaraq, bu dəfə müharibəni öz xalqına qarşı davam etdirməyə başlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Wall Street Journal yazır.

Məqalədə bildirilir ki, 12 günlük müharibədən sonra İran rejimi ölkə daxilində genişmiqyaslı repressiya kampaniyasına start verib. Polis və kəşfiyyat orqanları yüzlərlə vətəndaşı casusluq və İsrailə yardım etmək ittihamı ilə həbs edib. Həbs dalğası gündəlik olaraq davam edir.

Tehran və digər şəhərlərdə yoxlama məntəqələri qurulub, küçələrdə Bəsic qüvvələri gücləndirilmiş patrul xidməti həyata keçirir. Vətəndaşlar saxlanılır, onların telefonları, kompüterləri və nəqliyyat vasitələri yoxlanılır. Şəhərdə partlayıcı maddələrin iyinin hiss edildiyi bir vaxtda rejim sərt tədbirlərə əl atıb. Artıq ən azı 6 nəfərin edam edildiyi açıqlanıb.

“Amnesty International”ın məlumatına görə, son iki həftə ərzində 1000-dən çox şəxs İsraillə əlaqədə ittiham olunaraq həbs olunub.

Wall Street Journal yazır ki, hazırda rejimin əsas hədəfi daxilindəki “şübhəli” şəxsləri tapmaq və nəzarəti tam bərpa etməkdir.

Məqalədə daha bir diqqətçəkən məqam da yer alıb: “Ötən həftə İran rejimi ən azı dörd mülki təyyarəni Omanın paytaxtı Müsqata göndərib. Bu təyyarələrdən biri prezidentə məxsus Airbus A340 olub. Ərəb rəsmilər təəccüblə bildiriblər ki, təyyarələrdə sərnişin olmayıb – əvəzində onlar pul və digər qiymətli əşyalarla dolu olub”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 30 İyun 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see213

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see189

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see185

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see171

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see158

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see149

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see148

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see145

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see141

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see135

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see133

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see133

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see128

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri