İran rəsmisi açıq aydın hədələdi: “Təl Əviv və Hayfanı tərk edin!” Cəza əməliyyatları başlayır
Icma.az, Yenisabah portalına istinadən məlumat verir.
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi İsrailə qarşı daha sərt tədbirlərin yaxınlaşdığını bəyan edib. Onun sözlərinə görə, indiyədək atılan addımlar sadəcə xəbərdarlıq xarakteri daşıyıb, lakin yaxın günlərdə "cəza əməliyyatları" başlayacaq.
Yenisabah.az xəbər verir ki, Musəvi bildirib ki, İsrail hərbi əməliyyatlar adı altında İran xalqına hücum edir və İranın yayım qurumunu susdurmağa çalışır. O, İran xalqının bu təcavüzə təslim olmayacağını və cavab tədbirlərinin qaçılmaz olduğunu vurğulayıb.
General həmçinin işğal olunmuş ərazilərdə yaşayanlara, xüsusilə, Təl-Əviv və Hayfa sakinlərinə həmin əraziləri tərk etməyi tövsiyə edib: "Netanyahunun çılğın planlarına qurban getməyin". O, İranın şəhidlərin qanını yerdə qoymayacağını və düşmənin həyati hədəflərinin vurulacağını qeyd edib.
Əsmətxanım
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 18 İyun 2025 10:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















