İran Rusiya üzərindən Ermənistana “kömək edir” Moskva hərəkətə keçdi
Icma.az, Turkstan.az saytına istinadən bildirir.
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidməti (Rosselxoznadzor) İrandan Rusiyaya ixrac edilən güllər üçün fitosanitar sertifikatların verilməsini müvəqqəti dayandırmağı xahiş edib.
Turkustan.az xəbər verir ki, buna səbəb İran mənşəli kimi rəsmiləşdirilən məhsulların əslində Ermənistandan gətirilməsi ilə bağlı şübhələrdir.
Qurumun məlumatına görə, 2026-cı ildə İrandan Rusiyaya gül tədarükü ötən ilin eyni dövrü ilə müqayisədə xeyli artıb.
Lakin fitosanitar sertifikatlarda məhsulun mənşə ölkəsi İran göstərilsə də, güllərin görünüşü və qablaşdırılması əvvəllər Ermənistandan idxal edilən məhsullarla tam eynidir.
Rosselxoznadzor bildirib ki, 22 may 2026-cı ildən Ermənistandan kəsilmiş güllərin idxalına qoyulan qadağa barədə İran tərəfi əvvəlcədən məlumatlandırılıb. Cavab alınmadığı üçün qurum İranın Bitki Mühafizəsi Təşkilatından ikitərəfli danışıqlar keçirilənədək və vəziyyət tam aydınlaşdırılanadək yerli gül məhsullarının sertifikatlaşdırılmasını dayandırmağı xahiş edib. Məqsəd Rusiya və Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinin fitosanitar təhlükəsizliyini qorumaqdır.
Xatırladaq ki, Rosselxoznadzor mayın 21-də Ermənistandan gül idxalına müvəqqəti məhdudiyyət tətbiq etmişdi./Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 17 İyul 2026 15:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















