İran Rusiyaya yaxınmənzilli ballistik raketlər tədarük edəcək
525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İran yaxın zamanda Rusiyaya yaxınmənzilli ballistik raketlər tədarük edəcək.
525.az “Report” a istinadən xəbər verir ki, məlumatı İran İnqilab Keşikçiləri Qvardiyasının teleqram kanalı yayıb.
Qeyd olunub ki, İran Rusiyaya “Fəth-360” buraxılış qurğuları göndərəcək. Məlumata görə, bu raketlər 120 km-ə qədər əməliyyat radiusuna malikdir.
2024-cü ilin sentyabrında ABŞ administrasiyası İranın Rusiya bayrağı olan doqquz gəmi ilə bu ölkəyə ballistik raketlər çatdırdığını bildirmişdi.
Mütəxəssislər vurğulayıblar ki, “Fəth-360”ın tətbiqi Rusiyaya daha yüksək dəqiqliyə malik raketləri, xüsusilə “İskəndər”lərə zərbələr üçün saxlamağa imkan verir. Bu isə öz növbəsində hava hücumundan və raket hücumundan müdafiə sisteminə əlavə yük yaradır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 10 May 2025 10:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















