Icma.az
close
up
RU
İran şahının edam etdirdiyi azərbaycanlı millət vəkili ARAŞDIRMA

İran şahının edam etdirdiyi azərbaycanlı millət vəkili ARAŞDIRMA

Icma.az bildirir, Apa.az portalına istinadən.

APA “Güney Azərbaycanı tanı” layihəsi çərçivəsində Məhəmməd Rəhmanifərin “Mirzə Nurullah Xan, tarixi davamlılığın əsl təcəssümü” yazısını təqdim edir.

Layihənin əvvəlki yazısını buradan oxuya bilərsiniz.

Bundan əvvəlki yazıda Güney Azərbaycanın çağdaş tarixində baş verən üç böyük qiyamı, yəni Məşrutə hərəkatı (1905-1911), Şeyx Məhəmməd Xiyabani qiyamı (1920) və Azərbaycan Milli Hökumətini (1945-1946) “tarixi davamlılıq” ideyası prizmasından araşdırdıq və bildirdik ki, bu qiyamların üç böyük liderindən birini tərifləyən, digər ikisini isə pisləyən bəzilərinin fikrinin əksinə olaraq biz ard-arda yaşanan bu üç qiyamı eyn müstəvidə görməsək də, bir-birinin davamı kimi görürük. Beləcə, əvvəlki qiyamlar tarixi təcrübə olaraq sonrakı qiyama təsir buraxıb onun tamamlanmasına və təkamülünə səbəb olub.

Bu yazıda əvvəlki məqalənin məzmununu təkrarlamamağa çalışmaqla yanaşı, həyat və fəaliyyəti Güney Azərbaycanın çağdaş tarixində “tarixi davamlılıq” ideyasının büllurlaşması, təcəssümü və həqiqətə çevrilməsində rolu olan mühüm tarixi şəxsiyyətdən bəhs edəcəyik. Əvvəlki yazıda qeyd etdiyimiz kimi, vaxtilə Səttar Xanın yanında olub, sonralar Azərbaycan Milli Hökumətinə (1945-1946) qatılanların sayı az deyildi. Bunlardan biri və bəlkə də ən məşhuru Mirzə Nurullah Xan olub.

Öz dilindən Nurullah Xanın kimliyi

Mirzə Nurullah Xanın tərcümeyi-halı öz sözləri ilə Azərbaycan Milli Hökuməti dövründə (1945-1946) nəşr olunan “Azad Millət” qəzetinin 46-cı sayında yayımlanıb. Kiçik dəyişikliklərlə yazı belədir:

(Nurullah Xan)

“Adım Nurullah, atamın adı Əli, 1877-ci ildə Yekən kəndində anadan olub, orada qədim məktəbdə dərs oxuyub sonra xaricə getdim. O zaman İran istibdadı əleyhinə təşkil olunan İctimaiyun-Amiyun firqəsinin qurulmasında payım oldu. Məşrutə hərəkatında Firqə çox təsirli oldu. Çar Rusiyasının dəstəyi ilə istibdadın geri dönməsi nəticəsində neçə nəfərlə bərabər həbsə salındım. Neçə vaxtdan sonra həbsdən xilas olub Xoy şəhərindəki azadlıq peşində olanlara yardım etməyə getdim. Azadlıq yolunda çox mübarizələr apardım. Sonra Çar Rusiyasının və İran istibdadçılarının basqısı nəticəsində İstanbula köçmək zorunda qaldım. Orada təhsilimi tamamlayıb vətənə xidmət üçün Polis məktəbinə girdim və oranı bitirdikdən sonra Birinci Dünya müharibəsinə qatıldım. Müharibədən sonra İrana qayıtdım və Tehran hökuməti tərəfindən Təbriz nəzmiyyəsinə (polis təşkilatına) məmur oldum. Məmur olduğum halda doğulduğum yer Yekən mahalının xalqının savadlanması üçün öz xərcimlə orada neçə məktəb açdım. Bir müddət sonra Lahuti qiyamı zamanında “dinsizlik” ittihamı ilə tutuldum və açdığım məktəbləri bağladılar. Rza şahın diktatorluğunda dəfələrlə libertar olma ittihamı ilə tutulub həbs edildim. 1941-ci ilin sentyabr ayında İran işğal olunduqdan sonra Rza şah İranı tərk etmək zorunda qaldı və mən bir daha azadlıq uğrunda mübarizə aparmaq üçün Azərbaycan Demokrat Firqəsinə üzv oldum.

1945-ci ildə Azərbaycan Milli Məclisi təşkil olunan zaman Xoy əhalisi tərəfindən vəkil seçildim və indi isə Azərbaycan Milli Hökumətinin daxili işlər nazirinin müavini olaraq öz vətənimə xidmət etməklə məşğulam”.

(Nurullah Xan haqqında qardaşı oğlu Pərviz Yekaninin yazdığı kitab)

Təbii ki, Nurullah Xan kimi böyük bir insan özü barədə yazıda təvazökarlıqla danışıb, fəaliyyətinin əhəmiyyətini və rollarını xatırlatmaqdan çəkinib. Biz yaxşı bilirik ki, Məşrutə qiyamı dönəmində Nurullah Xana Xoy şəhərinin azad edilməsi tapşırığı verilir. O bu vəzifəni uğurla yerinə yetirir. Bu məsələ o qədər əhəmiyyətli idi ki, bəzi tanınmış tarixçilər Nurullah Xana “Xoy Fatehi” adını veriblər. Məşrutədən sonra isə, istər Şeyx Məhəmməd Xiyabani qiyamında (1920), istərsə Azərbaycan Milli Hökuməti ərəfəsində və ya mərkəzi rejimə qarşı başqa qiyamlarda çox təsirli rol oynayıb. Bu səbəbdən dolayı onu tanımaq üçün yazdığı qısa yazıyla kifayətlənməyi doğru hesab etmirik. O səbəbdən tarixi qaynaqlardan faydalanaraq bu böyük insan haqqında təfsilatı ilə məlumat verməyə çalışacağıq.

Azərbaycanın çağdaş tarixində Nurullah Xan:

Yuxarıda qeyd edildiyi kimi, Nurullah Xan Məşrutə Hərəkatında vacib rol oynayıb. Məşrutə dövründə ruslar məşrutəçiləri sıxışdırmaq niyyəti ilə Təbrizə getmək üçün Culfa körpüsünü keçmək istədiklərində Nurullah Xan əmrində olan azsaylı əsgərlərlə onlara qarşı qəhrəmancasına dayanıb və Təbrizdən teleqraf gəlməyənə qədər rus ordusunun körpüdən keçməsinə imkan verməyib.

Ruslar Təbrizə daxil olduqdan sonra əvvəlki vəd və razılaşmalarının əksinə olaraq şəhəri ələ keçirir və məşrutə mücahidlərini sıxışdırırlar. Təbriz Gizli Cəmiyyətinin qərarı ilə Səttar Xan Təbrizi tərk etmək məcburiyyətində qalır. Təbrizdən Tehrana olan bu ağır və kədərli yolçuluqda Nurullah Xan da Səttar xanın yanında olur. O, hətta Səttar Xanın yaralanması və bəzi məşrutə mücahidlərinin öldürülməsi ilə nəticələnən Tehrandakı Atabək parkı vuruşmasında da iştirak edirdi və əslində bu, onun Səttar Xanın tərəfində vuruşduğu son savaş idi. Çünki bildiyimiz kimi, həmin müharibədə Səttar Xana dəyən güllə sonunda bu Azərbaycan qəhrəmanının ölümünə səbəb oldu.

Amma Səttar Xandan fərqli olaraq, Nurullah Xanın şücaət hekayəsi həmən müharibə ilə bitmədi. O, sağ qaldı və bir neçə il sonra Şeyx Məhəmməd Xiyabani hərəkatına (1920) qatıldı. Xiyabaninin Azərbaycan üzərində bir neçə aylıq hakimiyyəti dövründə Nurullah Xan Təbriz Nəzmiyyəsinə başçılıq edirdi. Səttar Xanı son savaşadək yalnız buraxmayan Nurullah Xan, Şeyx Məhəmməd Xiyabanini də heç zaman yalnız buraxmadı və hərəkatın son gününə qədər mübarizəyə davam etdi. Mərkəzi hökumət tərəfindən Xiyabani hərəkatı yatırıldıqdan sonra Nurullah Xan həbs edilərək zindana salındı. Lakin məşrutə hərəkatında onun şöhrəti və nüfuzu o qədər böyük idi ki, mərkəzi hökumət onu nə edam edə, nə də uzun müddət həbsdə saxlaya bildi.

Nə Səttar Xanın və Şeyx Məhəmməd Xiyabaninin acı taleyi Nurullah Xanın azadlıqsevərlik iradəsini poza bildi, nə də həbslər və sürgünlər onun azadlıqsevər fəaliyyətini dayandıra bildi. Xiyabani hərəkatının Azərbaycanda məğlubiyyətə uğramasından az sonra başqa bir Azərbaycan övladı, Kolonel (polkovnik) Məhəmməd Tağı Xan Pesyan mərkəzi hökumətin saxtakarlıq və korrupsiya fəaliyyətinə qarşı silahlı üsyan (1921) başlatdı. Nurullah Xan bu hərəkatda da fəal iştirak edib, hərəkatın mərkəzi hökumət tərəfindən yatırılmasından sonra 1922-ci ilin yanvar ayında Təbrizdə ortaya çıxan başqa bir üsyana qatıldı. Təbriz jandarmının zabitlərinin İran silahlı qüvvələrini birləşdirmək üçün Rza Xanın jandarma və kazak qüvvələrini birləşdirmək planından narazı qalması mayor Əbülqasim Lahuti başda olmaqla, bir sıra jandarm zabitlərinin silahlı üsyana qalxmasına səbəb oldu. Rza Xana qarşı heç bir fürsəti əldən verməyən Nurullah Xan bu üsyana da qatılmışdı. Üsyan məğlubiyyətə uğradıqdan sonra Nurullah Xan uzun müddət həbsə salındı. Daha sonra isə doğulduğu Yekənlər məhəlləsindən çıxmaması şərti ilə sərbəst buraxıldı və beləliklə, doğulduğu yerdə həbs olundu.

Nurullah Xan həbsdən çıxandan sonra Rza Xanın səltənətinin sonuna qədər Yekanat (Yekənlər) mahalında məskunlaşmağa məcbur oldu. Bu addım azadlıq qəhrəmanını zəncirləmək məqsədi ilə edilsə də, Nurullah Xan onların belə işlərlə onun humanitar və azadlıqsevər fəaliyyətinə mane ola bilməyəcəkləri qədər böyük bir adam idi. Bu illər ərzində o, rayonun inkişafı istiqamətində fəaliyyət göstərməklə yanaşı, rayon sakinlərinin maarifləndirilməsi və siyasi düşüncəsinin yüksəldilməsinə də çalışdı.

1941-ci ilin avqustunda Müttəfiq qüvvələrin (sovet və ingilis) gəlişi ilə Rza şahın diktaturası süqut etdi və o, İranı tərk etmək məcburiyyətində qaldı. Beləliklə, illər boyu əzilmiş və tapdalanmış olan Azərbaycan xalqı yenidən canlanmağa, yenidən nəfəs almağa və yenidən ayağa qalmağa fürsət tapdı. 1941-1946-cı illər arasında Güney Azərbaycanda ortaya çıxan hadisələri, Azərbaycan Demokrat Firqəsinin və Azərbaycan Milli Hökumətin yaranması ilə bağlı macəraları daha əvvəldən elə bu layihənin çərçivəsində ayrı-ayrı yazılarda təsvir etdiyimiz üçün, məqaləni çox uzatmamaq ilə həmin sözləri burada təkrarlamaqdan çəkinəcəyik və sadəcə bir neçə kəlmə Nurullah Xanın fəaliyyətləri haqqında dilə gətirəcəyik.

(Nurullah Xan)

Azərbaycan Demokrat Firəsinin yaranması ilə Səttar Xan və Xiyabaninin silahdaşı Mirzə Nurullah Xan, zərrə qədər tərəddüd etmədən Firqəyə qoşuldu. Az zaman sonra Firqənin Xoy şəhərindəki şöbəsinin sədri seçildi. Ayrıca Azərbaycan Milli Məclisi qurulduqda xoylular tərəfindən millət vəkili seçildi. O, həm də Azərbaycan Milli Hökumətində daxili işlər nazirinin müavini vəzifəsinə təyin edilib. Azərbaycan milli hökumətinin bir illik ömrünün son çağlarında isə Urmiya şəhərində baş vermiş əmin-amanlıq və hadisələrə görə Urmiya Nəzmiyəsinin başçısı olaraq həmin şəhərə getdi. Azərbaycan Milli hökuməti yıxıldıqda isə ölkəni tərk etməkdən imtina edib, həbs edilərək acınacaqlı bir vəziyyətdə edam edildi. Nurullah Xanın xalq arasında nüfuzu və hörməti o qədər yüksək idi ki, onun İran şahlıq ordusu tərəfindən namərdcəsinə edam edilməsi Azərbaycan xalqının qəzəbinə səbəb olmaqla yanaşı, Azərbaycan Demokrat Firqəsinin əleyhdarları arasında belə etiraz və təlaşa səbəb oldu. Elə ki, Azərbaycanı işğal etmək üçün göndərilən Şah Ordusunun komandanı, briqada generalı Haşimi Nurullah Xanın edam edilməsindən narahat olduğunu bildirdi.

Bu Azərbaycan veteranının Məşrutə İnqilabından tutmuş Güney Azərbaycanda Azərbaycan Milli Hökumətinin qurulmasına qədər İran mərkəzi hökumətinin zülm və fitnəsinə qarşı baş verən bütün hərəkatlarda fəal və həvəslə iştirakı bu hadisələrin bir-birinə zidd olmamasının, əksinə tarixi davamlılıq kontekstində bir-birini tamamlayan məqamlar kimi qiymətləndirilməsinin ən tutarlı sübutudur.

Onun qardaşı oğlu, çağdaş Azərbaycan yazıçısı Pərviz Yekaninin dediyinə görə, Nurullah Xan Azərbaycanı sevirdi və Azərbaycanın başı ucalığı və əzəməti uğrunda çalışmaqdan bir an belə qafil olmadı...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:41
embedMənbə:https://apa.az
archiveBu xəbər 14 Oktyabr 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

12 Oktyabr 2025 21:27see261

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see246

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

13 Oktyabr 2025 02:05see209

Rusiya pensiyaların maaşlara həqiqi nisbətini açıqlayıb...

12 Oktyabr 2025 21:16see206

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

13 Oktyabr 2025 20:18see188

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see163

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

12 Oktyabr 2025 19:48see159

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

12 Oktyabr 2025 17:28see147

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see139

“Ədalət yalnız qanunun tələbi deyil, müstəqilliyimizin də əsasını təşkil edir”

12 Oktyabr 2025 19:16see139

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

12 Oktyabr 2025 17:00see138

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

13 Oktyabr 2025 00:17see135

Günün qoroskopu: daxili alovunuz kənardan sakit görünsə də

13 Oktyabr 2025 00:03see134

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

13 Oktyabr 2025 08:09see134

Kiyev və London İran “Şaxed”lərinə qarşı qüvvələrini birləşdirir...

12 Oktyabr 2025 19:34see129

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see129

Əxlaqsızlıq edənlər ailədən kiminsə davamçısıdır

12 Oktyabr 2025 16:34see128

Şamaxı yolundakı qəzanın ANBAAAN GÖRÜNTÜLƏRİ

12 Oktyabr 2025 21:13see127

Peskov: “Ukraynalılar bir növ “çirkli bomba” yarada bilər”...

12 Oktyabr 2025 19:54see127

Ağrıları bir anda azaltmağın qorxulu üsulu açıqlandı

13 Oktyabr 2025 19:02see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri