İran şahzadəsi ordunu xalqa qoşulmağa çağırdı
Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Şahzadə Rza Pəhləvi İslam Respublikasının hərbi qüvvələrini xalqa qoşulmağa çağırıb.
"Unikal" xəbər verir ki, Pəhləvi nəslinin davamçısı bu barədə X sosial şəbəkəsində yazıb.
"...Əli Xamenei növbəti dəfə İranı müharibəyə cəlb etdi. Bu müharibə İran və İran milləti arasında deyil, İslam Respublikası ilə Xamenei arasında müharibədir.
Mənim hərbçilərə, hüquq-mühafizə orqanlarına və təhlükəsizlik qüvvələrinə mesajım aydındır: Bu rejim və onun korrupsioner və səriştəsiz rəhbərləri sizin canınızı və bizim İranımızı dəyərləndirmir. Onlardan yollarınızı ayırın və xalqa qoşulun.
İran xalqının İslam Respublikasının dağıdıcı rejimi ilə mübarizəsi İranı geri almaq və onu yenidən qurmaqdır. Həll yolu küçə etirazları və ümummilli tətillər vasitəsilə İslam Respublikasını devirməkdir".
Ağarza Elçinoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 13 İyun 2025 12:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















