İran sanksiyalar götürüləcəyi təqdirdə ABŞ ilə enerji sahəsində əməkdaşlığa hazırdır
Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
İran və ABŞ nüvə razılaşması əldə edildikdə və Tehrandan sanksiyalar götürüldükdə enerji sahəsində əməkdaşlıq qura bilərlər.
"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "CNN Turk" telekanalına müsahibəsində bildirib.
"Düşünürəm ki, bu, sazişin nəticələrindən biri ola bilər. Əgər biz nüvə problemini həll edə, İranın dinc nüvə proqramına əsaslanan yeni razılaşma əldə edə bilsək və sanksiyalar götürülsə, o zaman enerji sektorunda əməkdaşlıq və ümumi maraqlara əsaslanan layihələrin həyata keçirilməsi üçün şərait yarana bilər", - A.Əraqçi deyib.
XİN rəhbəri İrana hücum ediləcəyi təqdirdə müdafiə üçün "Hizbullah" və Yəmən husilərinin daxil olduğu "Müqavimət oxu"nun köməyindən istifadə edib-etməyəcəyi sualına cavabında qeyd edib ki, ölkə öz müdafiəsini müstəqil şəkildə təmin etmək iqtidarındadır.
"Biz özümüzü müdafiə etmək qabiliyyətindəyik və bizə heç kim lazım deyil", - o əlavə edib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 31 Yanvar 2026 17:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















